Nida.az
Aleksandr Qusev: “Şults Bakı ilə təzyiq dilində danışır”
“Saxarov” mükafatının builki təqdimatı diplomatik qalmaqalla yadda qaldı.
İlk olaraq Konqodan olan həkim-ginekoloq Deni Mukveqen, Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Leyla Yunus və Ukraynada Avromeydan fəalları qrupu arasında seçim edildi. Sonda Konqolu həkim mükafata layiq görüldü. Lakin Avropa Parlamentinin rəhbəri martin Şults Azərbaycan rəhbərliyinə Leyla Yunusu “dərhal azad etmək” tələbini səsləndirdi.
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz
Məmmədov Şultsun bu addımının ikili standartlardan irəli gəldiyini
açıqladı. PA rəsmisinə görə, AP rəhbəri Azərbaycana qarşı daim
qərəzli mövqeləri ilə yadda qalır.
Publika.az xəbər verir ki, MDB ölkələrinin strateji inkişaf mərkəzinin rəhbəri, strateji planlaşdırma və proqnozlaşdırma institutunun direktoru Aleksandr Qusev M. Şultsun davranışını onun post-sovet məkanına olan münasibətindən qaynaqlandığını bildirib: “Bu şəxs ziddiyyətli siyasi fiqurdur. Buna görə də onun mövqeyini tam olaraq Avropa Birliyinin mövqeyi ilə eyniləşdirmək olmaz. Avropa parlamentinin səlahiyyətli əhəmiyyətli şəkildə məhdudlaşdırılıb. Onlar yalnız Avropa Birliyinə üzv ölkələrlə bağlı nəsə deyə bilərlər. Rusiyaya, Azərbaycana, yaxud birliyin üzvü olmayan hansısa ölkəyə nəsə demək Şultsun səlahiyyətinə daxil deyil. Buna görə də yüksək vəzifəli avropalı siyasətçilərin bu tip açıqlamaları daha çox təzyiq elementidir, nəinki hansısa rəsmi yanaşma”.
Ekspert Qərbin Bakıya qarşı bu dözümsüz və daha çox qərəzdən irəli
gələn münasibətini Azərbaycanın müstəqil siyasətini həzm edə
bilməməsindən irəli gəldiyini hesab edir. Onun sözlərinə görə, Bakı
Avropa ilə müəyyən təmaslı münasibətləri saxladığı kimi, Qərbin
əsas rəqibi hesab etdiyi Rusiya ilə də əməkdaşlığı davam etdirir:
“Azərbaycan rəhbərliyi bunu öz ölkəsinin maraqlarından çıxış edərək
həyata keçirir. Lakin Qərbdə “mənim sevmədiyimi sən də qəbul
etməməlisən” kimi yanlış yanaşma var. Ona görə də Bakıya qarşı
zaman-zaman təzyiq elementi olan tənqidlər səsləndirilir”.
Asif Nərimanlı
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"