Nida.az
Səxavət Əlisoy: “Birinin əlindən, digərinin ətəyindən öpün”
“Bu gün Müsavatda bəziləri neytral qalmaqla özlərini ağıllı göstərirlər. Amma ya mövqeyin olur, ya da olmur. Az və ya çox dərəcədə mövqe olmur. Belələri mövqesizlərdir”.
Bunu Publika.az-a açıqlamasında Müsavatdan
çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bildirib.
S. Əlisoy ad çəkmədən bir sıra müsavatçını sərt tənqid edib.
“Ya cəsarət göstərin, gerçək sifətinizi sərgiləyin, ya da gedin
birinin əlindən, digərinin ətəyindən öpüb, susun. El dili ilə desək
tüpürdüyünüzü yalayın”, - deyə o bildirib.
S. Əlisoy Müsavatın lideri İsa Qəmbəri də ittiham edib: “Bizi
iqtidara işləməkdə, partiyaya xəyanət etməkdə ittiham edir. Yaxşı
ki, bizi İran “Etalat”ına, Rusiya “KQB”-sinə, İsrail “Mossad”ına
işləməkdə günhalandırmadı. Buna görə çox sağ olsun”.
Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycan ictimaiyyəti hər şeyin şahidi olacaq: “Məşhur mahnıda deyildiyi kimi, bir az da dözün. Tərəfimizdən əsasnamə də hazırlanacaq, nizamnamə də. Media üçün maraq doğuracaq və ictimaiyyəti sakitləşdirəcək addım atılacaq. Hər şey etmək mümkündür. Bizə xəyanətkar damğası vurulur. Guya yerdə qalanlar fədakarlardı. Fədakarların saxtakarlarla birlikdə olması, göstərilən hədəflərə doğru davam etməsi mümkündürmü? Bu heç bir parametrdən düzgün deyil”.
Asif Nərimanlı
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO