Çərkəzlər də İŞİD-ə biət etdi: Qafqazda təhlükəli gələcək - ŞOK
Bizi izləyin

Nida.az

Çərkəzlər də İŞİD-ə biət etdi: Qafqazda təhlükəli gələcək - ŞOK

Ötən həftə Dağıstanda “əmir Süleyman” Auxovski camaatı İŞİD lideri Əbu-Bəkr Əl-Bağdadiyə biət etdi. Bu bölgə, eləcə də Azərbaycan üçün İŞİD-in yaxın Şərqdən Qafqaza gəlməsi təhlükəsi deməkdir.


Publika.az xəbər verir ki, Şimali Qafqazda daha bir “camaat” İŞİD-ə biət etdiyini açıqlayıb.


Çeçen mücahidlərinə yaxın saytların məlumatına görə, Əbu-Hatab Əl-Çərkəzinin liderliyi ilə bir qrup çərkəz “İslam dövlətini” dəstəklədiklərini açıqlayıb. Onlar Suriyanın “Beer Ajam” çərkəz kəndindən bölgəyə gəliblər. Bir qrup mücahid ötən ayın 27-də İŞİD-ə dəstək videosu hazırlayıb.


Vətəndaş müharibəsi başlayandan sonra Suriyada yaşayan çərkəzlərin Şimali Qafqaza axın etdiyi deyilir. Onlar Əsəd zülmündən Qaraçay-Çərkəz və Kabarda-Balkar bölgələrinə gəliblər. Bura Suriya çərkəzləri üçün tarixi vətən hesab olunur. Statistikaya görə, bu ilin oktyabr ayında 1624 çərkəz Suriyanı tərk edib. Onlardan min nəfərdən çoxu Kabarda- Balkara, 600 nəfəri Adıgeyə, 24-ü Qaraçay Resıpublikasına gəlib.
İndiyə qədər 12 mindən artıq çərkəz Suriyadan çıxıb. Onların 6 mini Türkiyəyə, 4 mini İordaniyaya, 2 mindən çoxu isə müxtəlif ölkələrə üz tutub. Suriyadakı çərkəz təşkilatlarının məlumatına inansaq, qaçqınların sayı 15 mindir.

Rusiya hökuməti Suriya çərkəzlərinin ölkəyə daxil olmasının qarşısını alır. Lakin Şimali Qafqazdakı çərkəz fəallar öz soydaşlarının qeyri-qanuni yolla bölgəyə girişini təmin edirlər. Onlardan radikal dindarlar çərkəzlərin ruslardan xilas yolunu, dolayısı ilə müstəqillik əldə etmələrinin yeganə yolu kimi “islam dövləti”ni dəstəkləməkdə görürlər.

Çeçen mücahidləri bu məsələdə maraqlıdır. Onların fikrincə, Şimali Qafqaz xalqları “islam dövləti”nin “Qafqaz əmirliyi” adı altında birləşməli və beləliklə öz talelərini özləri həll etməlidir. Lakin İŞİD-i dəstəkləyənlər çərkəzlərin çox az hissəsidir.

Qeyd edək ki, çərkəzlər türkdilli xalqlardır. Şimali Qafqazda onların sayı 60 mindən artıqdır. XIX əsrdə onların bir qrupu Yaxın Şərqə sürgün edilib.


Şimali Qafqazda İŞİD-ə dəstəyin artması Qafqaz üçün təhlükəli gələcək vəd edir. Bu Rusiya sərhədləri daxilində olmaqla, ilk növbədə Moskvaya, daha sonra isə bölgə ölkələrinə də təhdiddir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm