ABŞ Senatında Azərbaycana yeni səfirinin təyin edilməsi məsələsi müzakirə olundu
Bizi izləyin

Nida.az

ABŞ Senatında Azərbaycana yeni səfirinin təyin edilməsi məsələsi müzakirə olundu

Bu gün Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı dinləmə keçirilib.

Publika.az-ın məlumatına görə, Prezident Barak Obamanın təqdim etdiyi Robert Cekuta komitə səsverməsində təsdiq olunub. Dinləmədə Azərbaycanla bağlı ətraflı müzakirə olmayıb.

Cənab Cekuta Dövlət Katibinin Enerji Resursları Bürosunda baş yardımçı müavinidir. O, büronun şəffaflıq və enerjiyə çıxışı ilə bağlı işlərinə nəzarət edir.

Robert Cekutanın xaricdə diplomat qismində təcrübəsi var. O, 2007-2009 illər arasında Tokiyoda, 2003-2007 illər arasında isə Berlində xidmət edib. Burada o, dünyanın iki iqtisadi qüdrətinə iqtisadi məsələlərdə tövsiyələr verib.

Robert Cekuta Corctaun Universitetinin məzunudur. O, Thunderbird Qlobal Menecment Məktəbindən və Milli Müharibə Kollecindən magistr dərəcələri alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm