ABŞ Azərbaycanın suverenliyini hər zaman dəstəkləyib - BƏYANAT
Bizi izləyin

Nida.az

ABŞ Azərbaycanın suverenliyini hər zaman dəstəkləyib - BƏYANAT

Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini hər zaman dəstəkləyib. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, müstəqilliyini əldə edən Azərbaycana müxtəlif istiqamətdə dəstək nümayiş etdirən Birləşmiş Ştatlar gələcəkdə də suveren tərəfdaşlıq münasibətlərinin inkişafına dair öhdəliyə sadiq olacaq.

Daha sonra bəyanatda bildirilir: “İnanırıq ki, demokratiya, iqtisadi inkişaf və təhlükəsizlik kimi sahələr Azərbaycanın uzunmüddətli tərəqqisi üçün önəmlidir. Biz sözügedən sahələrdə əməkdaşlıq təkliflərimizi davam etdirərək müsbət addımları alqışlayacağıq. Ümidvarıq ki, Azərbaycan insan haqları və digər sahələrdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və uğur və azadlığın nümunəsi olmaq üçün potensialından istifadə edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm