Rövşən Rzayev: “AŞPA-da Azərbaycanla bağlı məsələlər gündəmə gətiriləcək”
Bizi izləyin

Nida.az

Rövşən Rzayev: “AŞPA-da Azərbaycanla bağlı məsələlər gündəmə gətiriləcək”

Yanvarın 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayacaq. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Səfərdə iştirak edəcək Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev Publika.az-a açıqlamasında deyib ki, sessiyada Azərbaycanla bağlı bir sıra məsələlər gündəmə gətiriləcək.

Onun sözlərinə görə, sessiyada Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın işğalçılıq siyasəti, cəbhə xəttində mütəmadi olaraq təxribatlar törətməsi, atəşkəs rejimini pozması, günahsız və dinc insanların həyatına təhlükələr yaratması, eləcə də, qaçqınlar və digər bu kimi hallarla bağlı məsələ qaldırılacaq: “Biz Azərbaycan nümayəndə heyəti olaraq hər dəfə Ermənistanın işğalçılıq siyasətini və Qarabağla bağlı məsələləri gündəmə gətiririk. Bu dəfə də belə olacaq”.

R.Rzayev onu da qeyd edib ki, sessiyada Avropa təşkilatlarının insan hüquqları və demokratiya ilə bağlı Azərbaycana qarşı ikili standartlarla yanaşması barədə məsələlər də gündəmə gətiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm