Nida.az
Keçmiş səfir: “Təbrizdəki konsulluğumuz tutula bilər”
“İran xarici ölkə səfirliklərini zəbt eləmək təcrübəsinə malikdir və bu aqibət Azərbaycanın Təbrizdəki Baş Konsulluğunu da gözləyə bilər”. Bunu Publika.Az-a açıqlamasında Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli bildirib.
Nəsib Nəsibli xatırladıb ki, Tehrandakı ABŞ səfirliyi 1979-cu il inqilabından az sonra – noyabrın 4-də tutulub. Həmin vaxt 63 ABŞ diplomatı, 3 mülki şəxs həbs olunub və 1981-ci ilədək məhbəsdə saxlanılıb. Məhz həmin hadisədən sonra İran-ABŞ münasibətləri gərgin olaraq qalır.
Həmin hadisələrin 32-ci ildönümü ərəfəsində - 2011-ci ilin noyabrında Böyük Britaniyanın İrandakı səfirliyi tutulub. Nəsib Nəsibli Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun və Tehrandakı səfirliyin tutulmasını nəzəri cəhətdən mümkün sayır: “Mən bu hədələrin əsaslı hesab edirəm. İran hökumətindən hər şey gözləmək olar. İran radikallığa, tarana getməyə meyillidir”.
Keçmiş səfir mayın 23-də “altılıq” ölkələri ilə İran arasında aparılan müzakirələrin yekunu olaraq qərar qəbul ediləcəyini və bundan sonra İran hökumətinin siyasətinin də dəyişə biləcəyini vurğulayıb.
Keçmiş səfir diqqəti daha bir məqama yönəldib: “Azərbaycanla İran arasında hər zaman ziddiyyətlər olub, amma münasibətlər heç vaxt indiki kimi gərginləşməyib. Məncə, son vaxtlar Azərbaycanla İran arasında mətbuata çıxmayan nəsə bir hadisə baş verib ki, rəsmi Tehran bu şəkildə qəzəblənib. Zənnimcə, bu hadisə sıradan bir hadisə deyil”.
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun tutulmasının mümkünlüyü barədə məlumat İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə məxsus “Tabnak” saytında dərc olunub.
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev xəbərə də münasibət bildirib. APA-nın məlumatına görə, mətbuat katibi deyib: “Vyana Konvensiyasına əsasən, diplomatik nümayəndəliyin təhlükəsizliyi yerləşdiyi ölkə tərəfindən təmin olunur. Azərbaycan da öz diplomatik missiyasının təhlükəsizliyinin təmin olunması üçün müəyyən addımlar atır”.
O qeyd edib ki, Azərbaycan xaricdəki diplomatik missiyalarının təhlükəsizliyinə diqqətlə yanaşır.
Səxavət
Publika.Az 2012-05-22 15:32:00
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək