Nida.az
Avropa Birliyi və ABŞ-a çağırış edildi: “İrəvana yardımları kəsin”
“Avropa Birliyi və ABŞ Ermənistana göstərilən yardımları dayandırmalıdır”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Zahid Oruc
çıxış edib.
Onun sözlərinə görə, ötən gün Brüsseldə Avropa Birliyinin xarici
işlər nazirləri Krıma qarşı sanksiyaları növbəti dəfə
razılaşdırdılar: “Onlar diplomatlarının hər hansı şəkildə ora
göndərilməsini qadağan edirlər. 50 adda məhsulların oradan
alınmasına qadağa qoyurlar, eyni zamanda, maliyyə-bank sektorunda
bütün əməkdaşlıqların ciddi şəkildə qadağan edilməsini
razılaşdırırlar. Bunun yaxşı və ya pis olması gələcək dövrdə özünü
göstərəcək. Amma Aİ eyni sanksiyaları Dağlıq Qarabağa münasibətdə
də tətbiq etməlidir”.
Zahid Oruc ABŞ Konqresinin Ermənistana maliyyə yardımı məsələsinə də toxunub: “Üç gün öncə ABŞ Konqresi xarici yardımlarla bağlı məsələni razılaşdırıb. Gürcüstana 75 milyon, Ermənistana 25 milyon və Azərbaycana 13 milyon dollar yardım etmək haqqında qərar verdi. Biz pul davası açmırıq. Ulu öndər 1999-cu ildə ABŞ rəhbərləri ilə görüşdə demişdir ki, 907-ci düzəliş bizi o cəhətdən ağrıtmır ki, siz bizim azadlığımıza dəstək vermək istəmirsiniz, o cəhətdən ağrıdır ki, bu mənəvi və siyasi cəhətdən bizə mane olur”.
Millət vəkili qeyd edib ki, ABŞ Ermənistandan 20 il ərzində 2 milyard dollardan artıq olan yardımlarını kəssə, bu, daha müsbət nəticə verə bilər.
“Bu vəsaitlər Ermənistanı demokratikləşdirməyib, bölgədəki
təhlükəsizliyə xidmət etməyib. Hesab edirəm ki, Avropa İttifaqı da,
ABŞ da o yardımları Ermənistandan kəssə, bu, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün çox təsirli tədbir olar. Onda biz
ABŞ-Azərbaycan münasibətlərinin daha yeni bir dönəmdə inkişafının
şahidi olarıq. Ona görə mən həm Avropa İttifaqına, həm də ABŞ-a
müraciət edirəm ki, bu yardımları dayandırsınlar”, - deyə Z. Oruc
vurğulayıb.
Asif
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"