“Bunlar söz-söhbətdən başqa bir şey deyil“
Bizi izləyin

Nida.az

“Bunlar söz-söhbətdən başqa bir şey deyil“

"Siyasi partiayalar haqqında" qanun layihəsində siyasi mənsubiyyəti olan deputatlar maraqlı olmalıdır. Bu barədə Publika.Az-a açıqlamasında Milli Məclisin Hüquq Siyasəti Komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.


“Mənim bu layihə barədə heç bir məlumatım, anlayışım yoxdur. Əvvəlcə bu layihə komitəyə çıxarılmalı, müzakirə olunmalıdır. Hələ bu baş verməyib. Qaldırılan məsələlər isə söz-söhbətdən başqa bir şey deyil, konkret fikir bildirə bilmərəm. Mən bitərəf deputatları təmsil edirəm, siyasi mənsubiyyəti olan deputatlar bunda daha maraqlı olmalıdır”.

O qeyd edib ki, bu qanun layihəsinin beynəlxalq təşkilatlar səviyyəsində də müzakirə olunduğundan məlumatı var və parlamentdən kənar, siyasi partiyalarla birlikdə müzakirə də təşkil edilə bilər.

“Lakin bu barədə dəqiq fikir demək hələ mümkün deyil. Amma ümid edirəm ki, tezliklə belə bir qanun öz təsdiqini tapacaq”- o bildirib.

Vətəndaş Hərməyliyi Partiyasının sədr müavini, millət vəkili Fəzail İbrahimli isə deyib ki, bu məsələ ilə bağlı sualı partiya sədrlərinə ünvanlandırmaq lazımdır.

“Hələ o layihədə olan məsələlərlə tanış deyiləm, layihə müzakirəyə çıxarıldıqdan sonra mən də öz fikrimi deyəcəm. Hazırda heç bir təsəvvürüm yoxdur”.

Rüfət Əhmədzadə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm