Nida.az
“Nazirin İran səfərindən sonra hər hansı dəyişiklik gözləmirəm“
Bu barədə Publika.Az-a açıqlamasında millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib.
Onun sözlərinə görə, İranın Azərbaycana münasibətində
institutlaşmış bir yanaşma var: "Orda hətta rejimlər belə
dəyişəndə, Quzey Azərbaycanda olan müstəqil dövlətə qarşı münasibət
dəyişməyib. Bu dövlət Güney Azərbaycandakı soydaşlarımıza stimul
verdiyinə görə, Tehran heç vaxt Quzey Azərbaycanda müstəqil
dövlətin mövcudluğunda maraqlı olmayıb. İran həmişə
Azərbaycan-Ermənistan münasibətlərində ermənilərin tərəfini
tutub".
O vurğulayıb ki, İran Ermənistanla dostluq etməsinin səbəbi
sadədir: "Çünki Ermənistan bizim düşmənimizdir. İran Ermənistana
silahlab yardım edir, Mehri körpüsü vasitəsilə külli mqidarda
iqtisadi cəhətdən yardımlar edir, neft-qaz verir, Qarabağdakı təbii
sərvətlərimizi də birgə istismar edir. İranın dini liderləri də
davamlı olaraq daxili işlərimizə qarışırlar, müxtəlif təxribatlara
təşəbbüslər olur".
Səfər Əbiyevin səfərinin Azərbaycanın İsraildən böyük məbləğdə
silah alması barədə İranın narahatlığı fonunda baş verməsini
istisna etməyən millət vəkili qeyd edib ki, Azərbaycan dəfələrlə
vurğulayıb ki, müstəqil dövlət kimi istənilən dövlətdən silah almaq
hüququ var və bunun İranla münasibətlərə təsiri ola bilməz: "Bakı
dəfələrlə bəyan edib ki, Azərbaycan irana qarşı meydança rolunda
çıxış etməyəcək. İranın bu baxımdan narahatlığı yersizdir. Təbii
ki, Azərbaycandan mehriban qonşuluq münasibəti tələb olunursa,
əməkdaşlığa çağırış olunursa, qarşı tərəf də eyni münaisbət
göstərməlidir. Yoxsa, bu gün əməkdaşlıq sazişi bağla, sabah bir
qrup ziyalını çıxar Azərbaycanı tənqid edər, bu, düzgün deyil".
F.Quliyev qeyd edib ki, Azərbaycan öz təhlükəsizliyini təmin etmək
və silahlı qüvvələrini möhkəmləndirmək məqsədi ilə silahlana və
istənilən növ hərbi texnika istehsal edə bilər, bu da heç bir
dövləti narahat etməməlidir.
Rüfət Əhmədzadə
Publika.Az
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO