MSK: Bələdiyyələrin hamısı formalaşıb
Bizi izləyin

Nida.az

MSK: Bələdiyyələrin hamısı formalaşıb

Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub.


Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2 milyona yaxın bülletenin sayıldığını bildirib: “Artıq 118 dairə seçki komissiyası üzrə 5015 məntəqədən 5015 protokol MSK-ya daxil olub, 1 milyon 861 min 728 bülleten sayılıb. Beləliklə, 1607 bələdiyyənin hamısı formalaşıb, 15035 lider namizəd müəyyənləşib”.

Qeyd edək ki, bələdiyyə seçkiləri Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla, 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində 1607 bələdiyyəyə keçirilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm