• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rusiyalı politoloq: “Erməni tərəfinin yalanları ortaya çıxacaq” – İRƏVANIN YENİ TƏXRİBATI

  • Nida.az
  • 26 Dekabr 2014 12:23
  • 913 Baxış
Rusiyalı politoloq: “Erməni tərəfinin yalanları ortaya çıxacaq” – İRƏVANIN YENİ TƏXRİBATI

Dağlıq Qarabağ münaqişəsi zonasında təkcə hərbi deyil, informasiya müharibəsi də davam edir.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın təmas xəttinə hücum etdiyi və itkilər verərək geri döndüyünə dair iddialar səsləndirib. Azərbaycan Müdafiə Nazirliyi isə bu iddiaları təkzib edib və bunları Ermənistan tərəfinin informasiya təxribatı adlandırıb.


Publika.az xəbər verir ki, rusiyalı politoloq Andrey Petrov Ermənistan tərəfinin bu bəyanatını informasiya təxribatından çox, ölkədaxili vəziyyətə hesablanmış addım kimi qiymətləndirib: “Bir tərəfdən, həqiqətən də, ermənilərin cəbhədə vəziyyəti qızışdırmaq, sülh danışıqlarını pozmaq məqsədi güddüyünü demək olar. Lakin indiki məqamda bu cür informasiyalar daha çox daxili auditoriyaya yönəlib”.

A. Petrovun fikrincə, təxribat faktlarını yoxlamaq mümkündür: “Əgər itkilər baş veribsə, bunu gizlətmək mümkün deyil. Hansısa tərəf itki verirsə, o əsgərlərin ailələri ortaya çıxır. Adətən, Ermənistan tərəfi itkilərlə bağlı dəqiq informasiya vermir. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu məsələləri heç vaxt gizlətmir və müfəssəl informasiyaları ictimaiyyətlə bölüşür. ATƏT missiyası bu məsələ ilə bağlı cəbhə xəttində monitorinq də apara bilər. Mən əminəm ki, belə bir monitorinqdən sonra erməni tərəfinin yalanları ortaya çıxacaq. Deməli, bu təxribatlar yalnız kağız üzərindədir və İrəvan öz daxili auditoriyasının aldatmaq üçün bu yola əlı atır”.


Rusiyalı ekspertə görə, Ermənistan üçün Qarabağ mövzusu əhalinin diqqətini faktiki olaraq davam edən iqtisadi böhrandan yayındırmağın ən yaxşı üsuldur: “Yerli KİV-lərdə, demək olar, hər gün narazılıqlar, cəmiyyətdə mənfi əhvali-ruhiyyə haqda informasiyalar yayılır. Bu ölkədə işsizlik, emiqrasiya davam edir, dramın məzənnəsi ölür. Vəziyyəti kompensasiya etmək üçün rəhbərlik diqqəti başqa istiqamətə yönəldir. Yəni “Bizdə şanlı ordu var və hücumları dəf edir” demək istəyir. İrəvan hökuməti əmindir ki, Ermənistanda heç kim bu informasiyaları yoxlamayacaq. Xüsusilə, erməni əsgərləri itki verməyibsə. Hələlik İrəvan hökuməti hakimiyyəti saxlamaq üçün bu cür informasiya təxribatlarından istifadə edir. Lakin bu nə qədər davam edəcək və nə vaxta qədər uğurla alınacaq, onu zaman göstərəcək”.


“Trend” informasiya agentliyinin eksperti, keçmiş təhlükəsizlik zabiti Arzu Nağıyev, adətən, Ermənistan Müdafiə Nazirliyinin belə bəyanatlarla həyata keçirmək istədiyi gələcək təxribatlara zəmin yaratdığını bildirir: “Bu cür informasiya təxribatları real təxribatlara hazırlıqdır. Bu təxribatlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) görüşdən sonra ortaya çıxdı. Orda Qarabağ məsələsinə də toxunuldu. Son zamanlar Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün əlavə yollara əl atacağına dair fikirlər var. Görünür, Ermənistan manevrlər etməyə çalışır”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR