“Ədəbiyyat müəllimi kimya dərsi keçir” - Yeni Məclis sədri ilə keçmiş namizəd üz-üzə gəldi
Bizi izləyin

Nida.az

“Ədəbiyyat müəllimi kimya dərsi keçir” - Yeni Məclis sədri ilə keçmiş namizəd üz-üzə gəldi

“Mənim Məclis sədri seçilməyimi partiya daxilində heç kim dəstəkləməyib. Seçki baş tutub və mən seçilmişəm”.


Bunu Publika.az-a açıqlamasında dekabrın 27-də Müsavat Məclis sədrliyinə keçirilən alternativsiz seçkidə qalib gələn Nüşabə Sadıqlı deyib.


Onun sözlərinə görə, Müsavatda onu kifayət qədər tanıyırlar: “Kənar yerdən gəlmiş olsaydım, yaxud Müsavatın sıravi üzvlərindən biri olsaydım, rəhbərliklə məsləhətləşib onların razılığını almalı idim. Çünki sədr seçilən hər bir insanın öz komandası olmalıdır ki, o komanda ilə işini yürüdə bilsin. Amma mən artıq Müsavatın Məclisinə, Divanına seçilmiş, Arif bəyin müavini olan insan idim, düşünmədim ki, kiminsə məsləhətini almalıyam. Partiyada mənə münasibətin necə olduğunu bilirdim. Ona görə də namizədliyimi verdim. Artıq söz-söhbətin heç bir əsası yoxdur. Arif Hacılı məni nə qədər dəstəkləyirdisə, bir o qədər, bəlkə də, ondan da çox Sabir Məmmədlini dəstəkləyirdi. Amma Sabir bəyin namizədliyini geri çəkməyi mənə qaranlıq qalır”.


N. Sadıqlı ümumiyyətlə Sabir Məmmədlinin geri çəkilməsi haqda danışmağın ona çətin olduğunu deyib.


“Özünə sual da verdim, amma mənə cavab vermədən üzünü çevirib getdi. Mən də istəyirdim ki, Məclis sədrliyinə seçki rəqabət şəraitində keçirilsin. Təəssüf ki, Sabir bəy namizədliyini geri götürdü. Ümumi sözlə dedi ki, seçki prosesində ictimai-siyasi prinsiplərin pozulmasına görə bu addımı atıb. Amma heç kəs o pozulmanın nə olduğunu bilmədi. İstəyirəm ki, insanlar dürüst olsunlar. Yalandan deyirlər ki, kimsə-kimisə dəstəkləyib. Məni heç kim dəstəkləməyib”, - deyə o bildirib.


Sabir Məmmədli Publuika.az-a açıqlamasında namizədliyini geri götürməsi haqda qısa danışıb: “20 ildir bu mübarizə yolunda həvəskarlara üstünlük verdiyimiz üçün demokratiya sahəsində köklü nailiyyət əldə edə bilməmişik”.

N. Sadıqlının Məclis sədri seçilməsinə gəlincə, S. Məmmədli belə münasibət bildirib: “Əgər ədəbiyyat müəlliminə təkidlə xahiş edirlər ki, kimya üzrə dərs desin və o buna razılıq verirsə, deməli, o insanın düşüncəsi yanlışdır və özünü qiymətləndirə bilmir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm