İsa Qəmbərə xəbərdarlıq: Müsavatı təhlükə gözləyir
Bizi izləyin

Nida.az

İsa Qəmbərə xəbərdarlıq: Müsavatı təhlükə gözləyir


Müsavat Partiyasının Gənclər təşkilatının üzvü Kərim Kərimli təşkilatdan çıxarılıb. Publika.Az xəbər verir ki, bu barədə təşkilatın üzvlərindən olan Cavanşir Abbaslı sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, qalmaqallı qurultaydan bu günə qədər təşkilatdan 8 gənc qovulub: “İndiyə kimi 8 gənc partiya və gənclər təşkilatından çıxarılıb. Bu gün də xəbərimiz belə olmadan mən və Kərim Kərimli təşkilatdan çıxarılmışıq. Bizimlə rəqabət aparmaq gücündə olmayan zavallılar gəncləri çıxarmaq üçün gizlin iclas keçirirlər. Bu “təmizləmə” siyasətini sadəcə bir qorxaqlıq adlandırıram.

Bu, müsavatçılıq ideyasına, Rəsulzadə prinsiplərinə ən böyük xəyanətdir. Səbr etdik, bunlar səbrimizdən sui-istifadə etdilər. Artıq bunlara dur deməyin zamanıdır. Bütün bunları partiya daxilində bizə qarşı olan hücumların davamı kimi görürük. Çox təəssüf ki, biz gənclər artıq iki cəbhədə-həm hakimiyyətlə, həm də daxilimdə olan “müxalifət”lə mübarizə aparırıq. Bu barədə çoxdan səbr edib, həyata keçirə bilmədiyimiz tədbirləri görəcəyik. Yaxın günlərdə bizim verəcəyimiz qərarı, ölkəmizin güclü gənclər təşkilatlarından birini bütün mətbuat görəcək. Tapdalanan haqqımız uğrunda sona qədər mübarizə aparacağıq”.

Təşkilat üzvü Müsavat rəhbərliyinə üz tutaraq, gələcəkdə partiyanı gözləyəcək təhlükələri qarşılamağa çağırıb.

“Əks halda bunun sonu heç də yaxşı olmayacaq. Xatırladım ki, indiyə qədər Orxan Eyyubzadə, Samir Poladov partiyadan, Azər İnqilabçı, Fərid Həsənsoy, Nicat Sərdar, İlkin Sərdar, Kərim Kərimli və mən gənclər təşkilatından çıxarılmışıq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm