Nida.az
Deputat Rövşən Lənkaraniskidən danışdı və təklif verdi:“Sxodkalar” keçirilsin...
“Bu oğrularda olan sistem daha demokratik görünür. Yığışırlar, məşvərət edirlər, kimin haqlı, kimin haqsız olduğunu dərindən araşdırırlar, sonra da qərar verib bütün ünvanlara göndərirlər ki, kimsə icrası barədə xəbərsiz olduğunu söyləməsin. Azərbaycanlı bir oğrunun da titulunu əlindən alıblar və hətta bir tanıdığım ağlı başında olan adam söylədi ki, bunun məhz İrəvanda alınması ona çox pis təsir edib”.
Publika.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa
“facebook” səhifəsində “qanuni oğlu” Rövşən Lənkəraniskinin
titulunun əlindən alınması haqda yayılan xəbərlərə münasibət
bildirərkən deyib.
F. Mustafa qeyd edib ki, cəmiyyəti düşündürən əsas məsələ “qanuni
oğru” titullu azərbaycanlının tapılmasıdır.
“O qədər məyus idi ki, hətta mənə də əhvalı təsir etdi və ani də
olsa düşünməli oldum: bundan sonra halımız necə olacaq? Artıq
həbsxana aləmində bizi təmsil edəcək qanuni oğru olmadıqda, o zaman
kimin əmrləri icra olunacaq? Oğrularda milliyətçilik olmasa da, hər
halda xoşagələn hal olmazdı ki, bir erməni və ya gürcü
milliyyətindən olan qanuni oğru bizim oğrulara əmr və göstəriş
versin. Belə anlaşılır ki, cəmiyyəti düşündürən əsas məsələ və
günün ən böyük vətənpərvərliyi təcili sürətdə hansı yolla
olur-olsun, qanuni oğru titullu bir azərbaycanlı meydana
çıxarmaqdır. Maraqlı yollardan biri də futbolda və idmanın başqa
növlərində olduğu kimi başqa millətdən olan oğrulardan birinin
milliləşdirilməsi olardı”, - deyə o bildirib.
Deputat başqa sahələrdə də avtoritetlər olmasını təklif edib: “Bu
oğruların adətini elm, sənət sahəsinə də köçürmək yaxşı olardı.
Təsəvvür edin ki, bir qrup avtoritet alim yığışıb “sxodka” keçirir
və plagiata görə bir neçə şəxsi akademiklikdən, fəlsəfə doktoru
adında məhrum edir. Bir qrup avtoritet sənət adamı yığışıb kimisə
xalq və ya əməkdar artist adından məhrum edirlər. Avtoritet
yazarlar kimdənsə xalq şairi, rəssamlar xalq rəssamı adını alırlar.
Bir qrup seçici çalışmayan adamları deputatlıqdan məhrum edirlər,
tələbələr rüşvətxor rektoru vəzifəsindən məhrum edirlər. Eninə,
dərininə bütün cəmiyyətdə məsələlərin hamısı ilə bağlı vətəndaş
cəmiyyəti “sxodka”ları formasında məşvərət edilir və hər şey
qanuniləşməyə başlayır. Hər halda bəzi natamamlıqlarımıza diqqət
yetirəndə düşünürsən ki, demokratiyanın təməl prinsiplərinin
bəzilərini də oğrulardan öyrənməyə dəyər”.
Asif
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR