Ya Arif Hacılı, ya Qubad İbadoğlu – müsavatçı qarşısında ŞƏRT
Bizi izləyin

Nida.az

Ya Arif Hacılı, ya Qubad İbadoğlu – müsavatçı qarşısında ŞƏRT

“Mənim qarşıma seçim qoyuldu: ya Müsavat, ya da Azərbaycan Demokratiya və Rifah Hərəkatı”.


Bunu Publika.az-a açıqlamasında MQB sədri, ADR hərəkatının üzvü Ellada Məmmədli dünən Divanda ona xəbərdarlıq edilməsi haqda danışarkən bildirib.


Onun sözlərinə görə, toplantıda ona bəzi suallar ünvanlanıb, Arif Hacılı tərəfindən xəbərdarlıq olunub: “Xəbərdarlığın mahiyyəti Müsavat və ADR arasında seçim etməyim, mövqeyimi dəqiqləşdirməyimdir. Mən ADR-in ictimai hərəkat olduğunu dedim. Sosial şəbəkələrdə Müsavat başqanının ünvanına yönələn ittihamları bəyənməyimə görə iradlar tutuldu, bunu nizamnamə pozuntusu kimi təqdim etməyə çalışdılar. Mən də sosial şəbəkədəki profilin özümə məxsus olduğunu əsas gətirdim”.


E. Məmmədli onun haqqında çıxarılan xəbərdarlıq qərarı ilə razı olmadığını deyib.

“Mən heç bir nizamnamə pozuntusu etməmişəm. Qoy nizamnamənin hansı bəndinə əsasən xəbərdarlıq etdiklərini yazsınlar”, - deyə o qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm