Nida.az
İsa Qəmbərin qardaşı vəsiyyət etdi: “Məni orda dəfn edin”
Müsavatın keçmiş başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı, Dünya Azərbaycanlıları Məclisinin sədri Rövşən Qəmbər vəsiyyət edib.
Publika.az xəbər verir ki, R. Qəmbər İsa Qəmbərə,
Qubad İbadoğluya və əcdadları Qarabağda dəfn olunmuş vətəndaşlara
müraciət edib.
“2015-ci ilin Azərbaycana uğurlar qazanmağa imkan verən il olması
üçün ən ağıllı fikirlərimizi intensiv müzakirə etməyi təklif
edirəm. 22 illik fasilədən sonra Füzulidə, Ağdamda, Cəbrayılda,
Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə və Şuşada
dədə-babalarının, əcdadlarının qəbirlərini ziyarət etmək
istəyənləri işbirliyinə dəvət edirəm. Qubad İbadoğlunun
tərəfdarları və mənim tərəfdarlarımın rasional, maksimal, optimal
və adil prinsiplərlə işbirliyinə başlayaraq, 2015-ci ildə Qarabağ
probleminin ədalətli və əbədi həllinə nail ola bilərik. Gəlin, 50
milyonluq Azərbaycan xalqının bütün təkliflərinin ən yaxşılarının
müzakirəsinə başlayaraq, Azərbaycanın nə dərəcədə istedadlı və
ədalətli insanların yaşadığı dövlət olduğunu tanıdaq.
2015-ci ildə, bəlkə də, mənim son imkanım olsa da, Qarabağdakı əcdadlarımızın qəbirlərini ziyarət etmək istəyirəm. Əgər ölərəmsə, Füzuli şəhərində əcdadlarımızın yaxınlığında, Cümşüd babamın yanında dəfn olunmağımı bütün əzizlərimə vəsiyyət edirəm”, - deyə R. Qəmbər qeyd edib.
Asif Nərimanlı
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO