Nida.az
Arif Hacılının qardaşı Qubad İbadoğluna görə üzr istədi – ŞOK
Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli vaxtilə Qubad İbadoğlunu partiyaya gətirdiyi üçün müsavatçılardan üzr istəyib.
Publika.az xəbər verir ki, M. Hacıbəyli Q. İbadoğlunun 1996-cı ildə
onun zəmanəti ilə Müsavata üzv qəbul olunduğunu deyib: “Nəsimi
rayon təşkilatında təbliğat məsələləri üzrə katib olduğum illərdə
Müsavat Partiyasına gətirdiyim 70-ə yaxın üzvdən biri də Qubad
İbadoğlu idi. Onunla münasibətlərim çox isti olub. Bu münasibətlər
qurultaydan illər öncə, onun başqanlığa namizəd olacağı bəlkə heç
özünün də ağlına gəlmədiyi dövrdə korlanıb. Həmin vaxt 2005-ci il
idi.
2005-ci il parlament seçkilərində Fizulidən olan seçki məntəqələrinə keçmiş icra hakimiyyətinin başçısı Nəbi Muxtarovun qohumları və yaxın dostları rəhbərlik edirdi. Mən bu məsələni araşdırdım və “Yeni Müsavat” qəzetində dərc etdirdim. O vaxt Qubad bəy Fizulidən deputatlığa namizədliyini irəli sürmüşdü. Məntiqlə, o, mənə bu yazıya görə təşəkkür etməli idi. Amma təsəvvür edin ki, bunun tam əksi oldu. Qubad İbadoğlu bu yazıya görə mənə hücum elədi. Dedi ki, “Nəbi Muxtarovla razılaşmışıq, seçki vaxtı bir-birimizə qarşı təbliğat aparmayaq”. Mən bu sözü eşidib dəhşətə gəlmişdim.
Dedim ki, Qubad bəy, əgər sən Nəbi Muxtarovun qarşısında öhdəlik götürmüsənsə, özün üçün etmisən. Bu “Mustafa Hacıbəyli sənə qarşı heç nə yazmayacaq” demək deyil. Mən o gündən anladım ki, Qubad İbadoğlu bizim kimi müsavatçı deyil, icra başçısı ilə danışığa da gedə, razılaşma da əldə edə bilər. O isə məni hələ borclu çıxarırdı”.
M. Hacıbəyli Q. İbadoğlunun 2010-cu il seçkilərində də qarışıq
mövqeyinin orta çıxdığını iddia edib.
“2010-cu ilin seçkilərində Bakıdan namizəd olan Qubad İbadoğlu
özünün izahına görə, “xaricdən gec qayıtdığı və DSK ona əngəl
törətdiyi üçün lazım olan sənədləri çatdırmaq naminə” deputatlığa
namizədliyini Müsavat üzvü kimi yox, bitərəf kimi qeydə aldırmışdı.
Nəbi Muxtarovun qarşısında susmaq öhdəliyi götürən şəxs, indi özünü
danışmaq hüququnun ən radikal tərəfdarı kimi göstərməyə çalışsa da,
kimin kim olduğu hər kəsə bəllidir. Müsavatın haqq mübarizəsində
kişilər irəli gedərkən, həmişə bir addım geri atan biri indi özünü
hər kəsdən, hətta İsa Qəmbərdən də daha artıq müsavatsevər
göstərməyə çalışsa da, yenə kimin kim olduğu hər kəsə bəllidir.
Onun yeni dostları bəzən deyirlər ki, “Qubad İbadoğlu ilə fəxr edirdiniz, indi nə oldu?” Şəxsən mən həmişə Müsavatla fəxr etmişəm. Kiminsə fəaliyyəti Müsavata əlavə xallar gətiribsə, buna sevinmişəm. Yəni müsbət münasibət kiminsə qara qaşlarına görə yox, Müsavata görə, partiyaya xeyir verən əməlinə görə olub. Müsavata görə onun eybinə də göz yummuşam. “Buranın yaxşısı da, pisi də bizimdir” prinsipi ilə illər boyu Qubad İbadoğlunun bu dolaşıq işlərini dilə gətirməmişəm, qələmə almamışam. Son günlərədək ümid elədim ki, nə vaxtsa Müsavata gətirdiyim şəxsə görə peşman olmayacam. Amma partiyaya gətirdiyim şəxsin dolaşıq işlərinə göz yumduğuma görə mənim də Müsavata bir üzrxahlıq borcumun olduğunu başa düşürəm. Bilməli idim ki, prinsiplərdən yayınan adamdan prinsipial mübarizə aparan müsavatçılara yoldaş olmaz. Üzr istəyirəm, dəyərli müsavatçılar”, - deyə o bildirib.
Asif Nərimanlı
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO