Nida.az
İlham Əliyev Serbiya və Litva prezidentlərini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Serbiya dostluğu və əməkdaşlığı, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına sülh və tərəqqi arzulayıram".
Dövlətimizin başçısı Litva Prezidenti Dalya Qribauskayteni də təbrik edib.
Məktubda qeyd olunur: "Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Mən Azərbaycanın mühüm tərəfdaşlarından biri kimi Litva ilə münasibətlərə xüsusi əhəmiyyət verirəm. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyirəm".
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"