“Dərin Müsavat namizədliyimə qarşı çıxır”- Müşavirdən şok açıqlama
Bizi izləyin

Nida.az

“Dərin Müsavat namizədliyimə qarşı çıxır”- Müşavirdən şok açıqlama

“Müsavatın üzvü olmayıb, lakin özünü Müsavatın dərin dövlətində hiss edənlər mənim başqanlığa namizədliyimə qarşı çıxır”.


“Müsavatın üzvü olmayıb, lakin özünü Müsavatın dərin dövlətində hiss edənlər mənim başqanlığa namizədliyimə qarşı çıxır”. Bu barədə Müsavat başqanının müşaviri Səxavət Əlisoy Publika.Az –a açıqlamasında partiyada başqanlı məsələlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, onlar həmin adamlarla qarşı-qarşıya gələcəklər: “Mənim bioqrafiyam ortadadır. Mən heç kimin qarşısında gözü kölgəli deyil. Mən şüurlu şəkildə müsavata qoşulmuşam və 1500 nəfər heyəti olan xəstəxananın baş həkimliyindən könülü şəkildə imtina etmişəm. Mübarizəm sağlam, intellektə söykənən mübarizədir. Mən nə yaşıma, nə əxlaqıma ziddi olan mübarizəni əsla seçmərəm”.

S. Əlisoy qeyd edib ki, bir qədər araşdırsalar “dərin Müsavat”da kimlərin olduğunu görmək olar: “Amma dərin dövlətdə özünü hiss edənlər halından da məmnun görünməsinlər. Çünki hörmətli İsa Qəmbər onlara demişdi ki, Müsavat kimsənin atasının partiyası deyil, kimsə Müsavatı özəlləşdirə bilməz. Müsavat ümumxalq dəyəridir, buranı kimsə özünün sexi fabriki, şirkəti kim düşünürsə, yanlışlığa yol verir. O adamlar eyforiyaya qapılıblar”.

Lakin o, hər şeyə rəğmən başqanlığa namizədliyini verəcəyini bildirib. S. Əlisoy qeyd edib ki, gücü hara qədər çatacaqsa, ora qədər də gedəcək: “Sabah başqanlıq yarışı olacaqsa tayfabazlıq, dəstəbaşçılıq, regionçuluq əleyhinə olan adam kimi namizədliyimi verəcəm. Bu qərarımı hələ 2012-ci ildə bildirmişəm, o zamandan da bəziləri buna qarşı çıxmağa başlayıb. Mən özüm hələ gözləmə mövqeyindəyəm. Istəyirəm ki, bəzi adamların sifətləri tam açılsın. Başqanlığa namizədlər rəsmi qaydada qeydiyyata alınmağa başlayanda, mən də irəli sürəcəm. Bu qərarım qətidir və öz kampaniyamı aparacam. Mənim aparacağım kampaniya ləyaqət çərçivəsində olacaq. O zaman da sözümü deyəcəyəm”.

Müşavir partiya daxilində başqanlıqla bağlı iki qrupun yaradıldığı, bir qrupa Arif Hacılı, digərinə isə onun rəhbərlik etdiyi barədə iddialara da münasibət bildirib.“Azərbaycanın siyasi həyatda xüsusilə müxalif düşərgəsində yekə-yekə kişilərin təndir başı dul arvad obrazına girməsini təbii qarşılayıram. Çünki onların başqa yolu yoxdur. İçində olan enerjini belə səfeh fikirlərə sərf edirlər. Məni partiyadan tanıyanlar bilirlər ki, mən heç bir qruplaşmada olmamışam, heç bir qruplaşma təşkil etmək mənim işim deyil. Kimlərsə qruplaşma təşkil edə bilər, mənsə yox. Sadəcə olaraq mən namizədliyimi irəli sürəcəyimi deyəndən sonra bəzilərinin sancısına səbəb olub. Lakin nə Arif Hacılı, nə də digərləri ilə qarşılıqlı ittihamlarımız yoxdur”-deyə İsa Qəmbərin müşaviri vurğulayıb.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm