• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Brejnevlə görüşən amerikalı: “Putin SSRİ-ni bərpa etmək üçün Bakıdan tutmuş...”

  • Nida.az
  • 18 Fevral 2015 13:20
  • 2 769 Baxış
Brejnevlə görüşən amerikalı: “Putin SSRİ-ni bərpa etmək üçün Bakıdan tutmuş...”

“SSRİ-ni bərpa etmək üçün Putinə Litva, Latviya, Estoniya, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan, həmçinin, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistanı işğal etmək lazımdır”.


Publika.az xəbər verir ki, bu barədə vaxtilə Moskvada SSRİ-nin baş katibi Brejnevlə görüşən ABŞ prezidenti Niksonu müşayiət etmiş, məşhur “The Greatest Comeback” kitabının müəllifi Patrik Byukenen Amerikanın “The American Conservative” nəşrində dərc olunan məqaləsində yazıb.


Müəllif qeyd edir ki, Putin Rumıniyaya, Polşaya, Bolqarıstana, Çexiyaya və Slovakiyaya hücum edə bilər: “O, SSRİ üçün Elba çayına qədər gedib çıxa bilər. Soyuq müharibədən sonra Yuqoslaviya 7, SSRİ 15 respublikaya bölündü. Xorvatiya, Bosniya, Kosovo, hətta Serbiya qısa müddətdə olsa da, öz müstəqilliyi üçün müharibə apardı. Gürcüstandan ayrılan Cənubi Osetiya və Abxaziya, Moldovadan ayrılan Dnestryanı öz müstəqilliklərini elan etdi. Azərbaycan üçün Dağlıq Qarabağ planı işə salındı. Bu gün Rusiyanın öz tərkibində müstəqilliyə cəhd edən etniklər var. Buna rəğmən, Moskva başqa ərazilərdəki rusları dəstəkləyərək onlardan istifadə edir. Necə ki, bu, Ukraynada baş verir. Eyni ssenarilər Cənubi Qafqaz və Orta Asiya ölkələrinə də tətbiq oluna bilər. Halbuki, onların bir çoxu artıq bu təcrübəni yaşayıb. Şərqi Avropa Rusiya separatizmi üçün zəngin məkandır. Əslində separatizm ruhu bütün Avropanı bürüyüb. Əgər London Şotlandiya üçün referendum keçirilməsinə icazə verirsə, onda Madrid bu hüququ katalonlara və basklara niyə tanımır? Bu sual istər-istəməz basklarda da, katalonlarda da yaranır. Məsələ ondadır ki, mənfi presidentlər formalaşıb”.

P. Byukenen 40 il öncə Niksonun Brejnevlə görüşün xatırlayır: “Mən Riçard Niksonu Moskvaya səfərində müşayiət edirdim. Bu, onunla sonuncu görüş idi. Xüsusi toqquşmalar yox idi. SSRİ o vaxt Berlindən Berinq boğazına qədər uzanan böyük imperiya idi. Lakin 40 il keçdi və Putinin 1974-cü ildəki SSRİ-ni bərpa etmək istəyi haqda informasiyalar yayıldı. Biz onun bunu nə qədər bacara biləcəyini deyə bilmərik. Ortada bir istək və cəhdlər mövcuddur. Putinə görə, biz SSRİ-nin dağılmasından istifadə etdik, NATO-nu Şərqi Avropa və Baltikyanı ərazilərə daxil etdik. Ukraynada, Gürcüstanda, Qırğızıstanda kod adlı rəngli inqilabları biz etdik. Lakin doğrudanmı Rusiya ilə bizim heç bir ortaq marağımız qalmayıb? Axı güclənən Çin və yaxın Şərqdəki terror hər birimizə təhlükədir. Hər halda körpüləri yandırmaqdan öncə bunları düşünmək lazımdır”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR