“Timetürk”: “Xocalıda uşaqları qətl edən Serj Sarkisyan...”
Bizi izləyin

Nida.az

“Timetürk”: “Xocalıda uşaqları qətl edən Serj Sarkisyan...”

“Xocalı qətliamının üstündən 23 il keçir, lakin ədalət hələ də öz yerini tapmayıb. Xocalı üçün beynəlxalq ictimaiyyət hərəkətə keçməyib və Xocalıda açılan yara 23 ildir qanayır”.


Publika.az xəbər verir ki, Türkiyənin “Timetürk” saytı Xocalı soyqırımından bəhs edən məqalə yayımlayıb.


“Hər şey işğalçı bir dövlətin dövrün super gücünə arxalanaraq bütün hüquq və ədalət qanunlarını ayaqları altında alması ilə başladı. 1992-ci ilin fevral ayında hakim güclər əl-ələ verib mədəni dünyanın susması fonunda müsəlman bir xalqı soyqırıma məruz qoydu. İllərdir 1915-ci il hadisələri üçün ədalət tələb edənlər gözlərinin önündə yaşanan Xocalı soyqırımına səssiz qaldılar.

O gün işğalçı güclər Xocalıya girərək qadın, kişi, qoca, uşaq demədən 613 insan qətlə yetirdi, 1275 nəfər əsir düşdü. 150 uşaq yetim qaldı. Baş verənlərdən sonra insan haqları təşkilatları Xocalı qətliamını Qarabağ müharibəsində ən böyük qətliam olaraq qeyd etsələr də, bunu həyata keçirənlərə qarşı heç bir cəza tətbiq olunmadı. Bu qətlimın əsas oyunçusu Serj Sarkisyan qısa bir zaman sonra Ermənistan prezidenti seçildi və hələ də bu postda oturub”, - deyə saytı yazıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm