Nida.az
Azərbaycan Amerika Alyansı Xocalı aksiyasına start verdi – VİDEO + FOTO
Soyqırım haqqında görüntünü yayımlayan monitor Brodvey küçəsində quraşdırılıb.
ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-hökumət təşkilatı Azərbaycan Amerika Alyansı (AAA) növbəti dəfə Xocalı soyqırımı ilə bağlı ənənəvi geniş maarifləndirmə kampaniyasına start verib.
Alyansın təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə “XOCALI... Azərbaycana qarşı Bəşər Faciəsi” başlığı altında keçirilən tanıtım aksiyası Nyu-York və Vaşinqton ştatlarını əhatə edir.
Artıq bir neçə gündür ki, Nyu-Yorkun məşhur Tayms Meydanının tam mərkəzində quraşdırılan monitorlarda Xocalı soyqırımından xəbər verən, statistik göstəriciləri əks etdirən qrafik görüntü nümayiş olunur. Tayms Meydanı Nyu-Yorkun Manhetten şəhərində yerləşən, “dünyanın yolayrıcı” adlandırılan bir məkandır.
Xocalı soyqırımı haqqında görüntünü yayımlayan monitor Brodvey küçəsində, 46-cı və 47-ci küçələr arasında quraşdırılıb. Tayms Meydanına tuşlanan monitorda yayımlanan görüntünü gün ərzində 1,5 milyon, həftə ərzində isə təxminən 11 milyon insan izləyəcək. Kampaniyanın daha bir istiqaməti mobil proyeksiya vasitəsilə Nyu-Yorkun mərkəzi küçələrində yerləşən binalar üzərində əks olunan qrafik görüntüdən ibarətdir.
Xüsusilə axşam və gecə saatlarında insanların sıx toplaşdığı yerlərdən keçən, üzərinə xüsusi qurğu bərkidilmiş nəqliyyat vasitəsi Xocalı faciəsinin həqiqətlərini daş tikililər üzərində işıqlandıraraq, bir daha diqqəti Azərbaycan tarixinin ən dəhşətli səhifəsinə yönəldir.
Aksiyanın davamı olaraq, üzərinə ekranlardan ibarət kub bərkidilən nəqliyyat vasitəsi Nyu-Yorkun mərkəzi küçələrini dolaşaraq Xocalı soyqırımından xəbər verən görüntünü yayımlayır. Video kub üzərində 180 dərəcə hərəkət edir və nəqliyyat vasitəsinin hər tərəfində dayanan insanlar və digər nəqliyyat vasitələri məlumatı görməyə müvəffəq olur.
Nyu-Yorkdan start götürən kampaniya Vaşinqton ştatında davam etdiriləcək.
Aksiyanın gedişatı ilə www.azerbaijanamericaallliance.org saytından,www.facebook.com/pages/Azerbaijan-America-Alliance səhifəsindən tanış ola bilərsiniz.
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev