• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qubad İbadoğlu ADR-in təsis konfransını keçirir - FOTOLAR

  • Nida.az
  • 21 Fevral 2015 10:45
  • 714 Baxış
Qubad İbadoğlu ADR-in təsis konfransını keçirir - FOTOLAR

Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu fevralın 21-də Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının təsis konfransını keçirir. Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən 1-ci (təsis) konfransında Müsavat Partiyasının onlarla üzvü iştirak edir.

Musavat.com-un tədbirdə iştirak edən əməkdaşı bildirir ki, həmçinin partiyadan qovulan və özü çıxan şəxslər də konfransa qatılıblar. Tədbirdə 150-dən artıq insan iştirak edir. Qeydiyyat hələ davam edir.

***

Ellada Məmmədli çıxış edərək bildirib ki, 13 nəfər 2 dekabr 2014-cü ildə ADR-in yaranması haqqında qərar veriblər. 3 dekabrda isə qurumun bəyannaməsini elan ediblər. İlk təşkilat komitəsi isə 14 dekabrda yaradılıb. Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu seçilib. O, həmçinin təşəbbüs qruplarının yaradılmasından və ADR-ə insanların qoşulma statistikasını açıqlayıb. 35 təşəbbüs qrupunun yaradıldığını bildirən E.Məmmədli qeyd edib ki, bu qruplar respublika ərazisinin üçdə birini əhatə edir. Həmçinin, ADR-ə qoşulanlar arasında müxtəlif siyasi partiyaların üzvlərininn olduğunu diqqətə çatdırıb. Konfrans üzvlərinin sayı isə 267 nəfərdir.

***

Qubad İbadoğlu ilk olaraq çıxış edərək bildirib ki, ADR Hərəkatı ölkənin gələcəyi üçün mühüm bir qurum olacaq. O, qadınların və gənclərin siyasətdə və sözügedən hərəkatda rolunun mühüm olduğunu vurğulayıb. Həmçinin tədbirə qonaqların, ictimai xadimlərin, ADR üzvü olmayan siyasətçilərin, Qarabağ qazilərinin, ziyalıların da qatıldığını qeyd edib və onlara təşəkkürünü bildirib. Daha sonra dövlət himni səsləndirilib. Eyni zamanda, Xocalı soyqırımında qətlə yetirilənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra tədbir açıq elan edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR