ABŞ kəşfiyyatının “beyni”: Qarabağ, müxalifət və rəsmi Bakının manevri
Bizi izləyin

Nida.az

ABŞ kəşfiyyatının “beyni”: Qarabağ, müxalifət və rəsmi Bakının manevri

“Azərbaycan iki təhlükə ilə üz-üzədir: Ukrayna böhranından sonra yaşanan Qərb-Rusiya qarşıdurmasında tərəf olmaq və dünya bazarında neftin qiymətinin aşağı düşməsi”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı CİA-ya bağlılığı ilə seçilən beyin mərkəzi “Stratfor”un “Azərbaycan böhranla necə mübarizə aparır” adlı məqaləsində deyilir.


Azərbaycanın Avropa üçün alternativ enerji mənbəsi olaraq əhəmiyyəti artır. Rəsmi Bakı bundan qazanc əldə etməyə və ölkəni ayaqda saxlamağa çalışır. Lakin hazırda Bakının enerji layihələrində maliyyə və siyasi məhdudiyyətlər var. Azərbaycan rəhbərliyi bu məhdudiyyətlərə qarşı diplomatik manevrlərini gerçəkləşdirir.


Ukrayna böhranı Avropaya Rusiya enerjisindən asılılığın nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Bu isə Bakı üçün yeni imkanlar açır. Ötən illər ərzində Bakı Avropanın etibarlı enerji tərəfdaşı olub və bu ölkə öz etibarlılığını artırıb. Bu gün Cənubi Qaz Dəhlizi layihəsinin gerçəkləşməsi istiqamətində sürətli addımlar atılır. Hansı ki, bu kəmərlə Avropaya ilkin mərhələdə 10 milyard kubmetr qaz çıxarılacaq. Sonrakı mərhələlərdə onun həcmi genişləndiriləcək.

Təbii ki, Rusiya-Qərb qarşıdurması Azərbaycana enerji baxımından sərfəlidir, lakin burdakı siyasi təhlükələr də az deyil. Misal üçün, Yunanıstanda iqtidara keçən solçular Azərbaycan qazını Avropaya daşıyacaq boru kəmərinə maneələr yaradır.


“Stratfor” dünya bazarında neftin qiymətinin aşağı düşməsini də Azərbaycan üçün təhlükə hesab edir. Hazırda mənzərə dəhşətli deyil. Neft istehsalından əldə olun gəlir ÜDM-in aşağı düşməsini sığortalayır. Bununla yanaşı, ölkənin iqtisadi valyuta ehtiyatları da iqtisadi inkişafı saxlamağa imkan verir. Hazırda neftin qiyməti 55 dollar olsa da, Azərbaycan 1,9 faiz iqtisadi artım proqnozlaşdırır. Bu regiondakı digər ölkələrlə müqayisədə müsbət göstəricidir. Misal üçün, Rusiyaya nisbətən Azərbaycanın inkişafı nəzərəçarpandır. Lakin neftin düşməsi istər-istəməz əlavə problemlər yaradır və Azərbaycanın siyasi rəhbərliyi bu problemi yoluna qoymalıdır.


Beyin mərkəzi Bakı üçün Rusiyanın da problem olduğunu yazır. Hansı ki, Azərbaycan öz güclü qonşusunun quyruğunu tapdalamamaq üçün hər an ayıq olmalıdır.

Bakı hazırda Qərb və Rusiya arasında balans siyasəti yürüdür. Onlara bunu etmək üçün güc verən amillər var. Bunlardan biri də ölkədə siyasi rəhbərliyin opponentlərinin zəif olmasıdır. Bu, müxalifətin keçirdiyi mitinqlərdə özünü göstərir. Ölkədə alternativ güc zəifdir.


“Azərbaycan Ermənistanla müharibə edib ərazi bütövlüyünü bərpa etmək istəsə də bir qədər ehtiyatla davranır. Çünki Bakı müharibə addımı ilə İrəvanın arxasında dayanan Moskvanı “oyada” bilər. Bu isə Azərbaycana hələlik sərf etmir”, - deyə “Stratfor” qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm