Nida.az
İŞİD-ə qarşı səfərbərlik elan olundu – QAFQAZ TƏHLÜKƏDƏ
Türkmənistan Əfqanıstanla sərhəddə yaranan İŞİD təhlükəsi ilə bağlı səfərbərlik elan edib.
Publika.az türkmən KİV-inə istinadən xəbər verir
ki, hazırda Əfqanıstanla sərhəd ərazilər İŞİD-in hücumlarına məruz
qalır.
Məlumatlara görə, yanvar ayının sonundan etibarən rəsmi Aşqabad ehtiyatda olan zabit və əsgərləri yenidən orduya çağırır. Onlar üç aylıq hərbi-bərpa təlimləri keçəcək. Qarşıdakı müddətdə isə hərbi təlimlər ehtiyatda olan hərbi qulluqçuların yaşayış yerləri üzrə keçiriləcək.
Əfqanıstan parlamentinin senatoru Qulmxammed Rasulun İŞİD təhlükəsi
haqda açıqlaması ciddi rezonans yaradıb. Onun sözlərinə görə, İŞİD
öz döyüşçülərini Əfqanıstanın cənub və şimal əyalətlərinə göndərib:
“Yerli əhalinin onlara münasibəti o qədər də mənfi deyil. Bunun özü
də ciddi təhlükə hesab olunmalıdır”.
Aşqabad üçün İŞİD-in Əfqanıstanda genişlənməsi sərhədlərinə təhlükə
yaranması ilə yanaşı, başqa bir məsələyə görə də narahatlıq
yaradır. Belə ki, Əfqanıstanın şimalında çoxlu sayda türkmən
tayfaları yaşayır. Məlumatlar var ki, onlar arasından İŞİD-ə rəğbət
bəsləyən nüfuzlu tayfa başçıları da peyda olub. Bu isə əhalinin
kütləvi şəkildə İŞİD-ə qoşulmasına zəmin yarada bilər. Bu təcrübə
əvvəllər də yaşanıb. Taliban sıralarında kifayət qədər əfqan
türkməninə rast gəlmək mümkündür.
ABŞ Dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin
müavini Deniel Rozenblyumun “Vaşinqton İŞİD təhlükəsinə qarşı
region ölkələrini dəstəkləməyə hazırdır” açıqlaması ciddi
təhlükənin mövcudluğundan xəbər verir. Onun sözlərinə görə, Mərkəzi
Asiya regionu terrorçular üçün sığınacaq məskəni olmamalıdır.
Qeyd edək ki, İŞİD-in Mərkəzi Asiya istiqamətin də hərəkətə
keçməsindən sonra bir sıra analitiklər Qafqaz üçün də təhlükənin
ciddi olduğunu bildirirlər. Bir neçə gün öncə yayılmış məlumatlara
görə, İŞİD Yaxın Şərqdən kənarda dayaq nöqtəsi axtarır. Bunun üçün
ən yaxşı versiya Mərkəzi Asiya ölkələrinin olduğu deyilir.
Rusiya KİV-nin yazdığına görə, İŞİD əmirləri Türkmənistan və Tacikistana maraq göstərir. Xüsusilə Tacikistan onlar üçün iki amilə görə sərfəlidir. Birincisi, Mərkəzi Asiya regionunda bu ölkə hərbi güc baxımından zəifdir. Bu isə onun uzun müddətli silahlı müqavimət qabiliyyətinin zəif olması deməkdir. İkincisi isə prezident Emomali Rahmonun əhali arasında nüfuzunun az olması faktı İŞİD-ə sərf edir.
Ehtimallara görə, qruplaşma gələcəkdə digər dövlətlərə, misal üçün, Rusiyaya nüfuz edə bilər. Post-sovet məkanında ABŞ və NATO-nun gücünün daha zəif olması İŞİD üçün son dərəcədə əlverişlidir. Ekspertlərə görə, İŞİD Mərkəzi Asiyaya doğru hərəkət edərsə, növbəti hədəfdə Qafqaz ola bilər. İŞİD-in bu bölgəyə gəlməsi üçün ümumi potensial da az deyil.
Asif Nərimanlı
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO