Erməni işğalının daha bir qurbanı: Napoleona qarşı istifadə edilən Qarabağ atları - FOTOLAR
Bizi izləyin

Nida.az

Erməni işğalının daha bir qurbanı: Napoleona qarşı istifadə edilən Qarabağ atları - FOTOLAR

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı təkcə torpaq itkisi, maddi-mədəni abidələrin dağılması, təbii resursların talanması ilə nəticələnmədi. Həm də rus ordusunun 1812-ci ildə Napoleona qarşı döyüşdə istifadə etdiyi, Qafqazda gözəlliyi və gücü ilə daim fəxrlə vurğulanan Qarabağ atlarının nəslinin kəsilməsi ilə də yadda qaldı.


Publika.az xəbər verir ki, Rusiyanın “Vestik kafkaz” saytı Qarabağ atlarının tarixindən yazıb.


Qarabağ atları qədimdən məşhur olub. Mütəxəssislərin fikrincə, Qarabağ atları Asiyanın qədim cinslərindəndir. Hətta bu atların cinsinin artırılması üçün Roma atlarından da istifadə olunub. XVIII əsrdə Qarabağ atlarının ikinci doğuluşu baş verdi. Həmin vaxt Qarabağda at zavodu fəaliyyət göstərirdi.


Qafqaza girən zaman ruslar Qarabağ atlarına valeh olmuşdu. Rus ordusu 1812-ci ildə Napoleona qarşı döyüşlərdə Qarabağ atlarından istifadə edirdi. Qafqaz süvari diviziyası məhz bu atların belində vuruşurdu. Qafqaz döyüşçüləri özlərindən çox atlarının qayğısına qalırdı.


Vaxtilə Qarabağda genişı yayılmış bu at cinsləri dünya müharibələri zamanı yavaş-yavaş yox olmağa başlayırdı. Lakin Azərbaycan hakimiyyəti XX əsrdə bu at cinsinin artırılması üçün hərəkətə keçdi. Hələ SSRİ-nin mövcud olduğu 1949-cu ildə Ağdamda Qarabağ cinsinin bərpası üçün işlər başladı, at zavodu açıldı və ərəb atlarının qarışığından yeni Qarabağ cinsi yaradıldı. 1970-ci ildə Qarabağda atçılıq yenidən çiçəkləndi.


XX əsrin sonlarında Dağlıq Qarabağda müharibə bu atların unikal cinsinin yox olması təhlükəsini yaratdı. Erməni hərbi birləşmələri Ağdamı xarabalığa çevirdi və at zavodu da məhv edildi. İnsanlar 20 ildir öz yurd-yuvalarına qayıda bilmir. Ermənilər bütün Qafqaz üçün fəxr hesab olunacaq bu at cinslərini də məhv etdi.


“Bu ərazilər 20 ildir dünya siyasətində “parçala və hökmranlıq et” prinsipinin qurbanı olub. Halbuki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsa, insanlar öz evlərinə qayıtsa, bu məşhur cinsin inkişafında da dönüş baş verə bilər. Dondurulmuş münaqişə insanların talelərini də dondurdu. Qarabağ atları da bu münaqişənin qurbanı oldu. Lakin Qarabağ atı Qafqazın qüruru olaraq qalır. Yaxın vaxtlarda Azərbaycan hakimiyyəti və alimləri bu cinsi növbəti dəfə xilas etdi. Ötən il Azərbaycan prezidenti Qarabağ at cinsinin inkişafı haqda sərəncam imzaladı. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə işləyir”, - deyə sayt yazıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm