Nida.az
“Azərbaycanda din-dövlət münasibətləri dünya ölkələri üçün örnək ola bilər”
BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında dünyada tolerantlığa həsr edilmiş "Dünyada dinlərarası harmoniya: Sülh və inkişaf üçün zərurət" mövzusunda konfrans keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, BMT tərəfindən hər il qeyd edilən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirilən bu konfransda dünyada dinlərarası tolerantlıq sahəsində model dövlətlərdən biri olan Azərbaycanın da mədəniyyətlərarası dialoqun və dini tolerantlığın güclənməsinə yönəlmiş töhfələri xüsusilə qeyd olunub.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Abdulazizi Əl-Nasir konfransda çıxışı zamanı deyib ki, Azərbaycan hökuməti tərəfindən yerli və beynəlxalq səviyyələrdə dini tolerantlığın və dialoqun təşviq edilməsinə yönəlmiş tədbirlər regionun və dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Bu istiqamətdə Azərbaycanla əlaəqələrə toxunan Əl-Nasir bildirib: " Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında sıx tərəfdaşlıq münasibətləri formalaşıb. DQİDK tərəfindən yaradılmış Milli Tolerantlıq Mərkəzi Azərbaycandakı müsəlman, pravoslav, katolik, xristian, yəhudi və protestant dini icmalarının nümayəndələri, həmçinin dini liderlər arasında birbaşa dialoqun təşviqi və dinlərarası tolerantlıq üzrə təlim və seminarların keçirilməsi üçün nəzərdə tutulub. BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri tezliklə Mərkəzi ziyarət etməyi planlaşdırırlar".
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA
-
Hadisə10 May 20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Nida Xəbər 10 May 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”