Nida.az
Mövlud Çavuşoğlu: “Elmar Məmmədyarova dedim ki, yorulmusan, get dincəl”
“Mən Türkiyənin xarici işlər naziri kimi, həm də Azərbaycan üçün eyni vəzifəni qürurla aparacam. Bu vəzifəyə təyin olunanda da mən bunu bildirmişəm”.
Publika.az-ın məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AzTV-də yayımlanan "Günün nəbzi" verilişinin qonağı olarkən bildirib.
Türkiyəli nazir deyib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinə yaxından dəstək olurlar: “Mən daha öncə də daşıdığım vəzifələrdə, o cümlədən Avropa Şurasında Azərbaycan və Türkiyənin maraqlarını əsas götürmüşəm, bu istiqamətdə çalışmışam. Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun bizə təlimatı da bu cürdür. Bu cür yanaşma təkcə məndə deyil, hər birimizdə olur. Bizim Azərbaycandan olan həmkarlarımızda və dostlarımızda da var. Xüsusilə də 2015-ci ildə qondarma erməni soyqırımı ilə bağlı Türkiyə-Azərbaycan əməkdaşlığı uğurla davam edir. Yəni, bu həm də bir zərurətdir. Xarici işlər naziri vəzifəsinə təyin olunandan sonra dostum Elmar Məmmədyarova dedim ki, mən yeni təyin olundum, sən yorulmusan, get bir az tətilə, dincəl. Bunu zarafatla desək də, gerçəkdən də bu belədir”.
Vasif Həsənli
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi