Nida.az
“İŞİD Xəzərə girə bilər” - Rusiyadan şok açıqlama
“İŞİD Xəzər regionu üçün hər keçən gün daha çox təhlükəyə çevrilir”.
Publika.az xəbər verir ki, bu barədə Xəzər
Əməkdaşlığı İnstitutunun direktoru, rusiyalı politoloq Sergey
Mixeyev deyib.
Onun sözlərinə görə, İŞİD Xəzər regionuna iki tərəfdən hücum edə
bilər: “Birincisi, Cənubi Qafqazdan. Lakin İŞİD-i bu regionla daha
sabit Türkiyə və İran ayırır. İkinci və ən təhlükəli tərəf Mərkəzi
Asiyadır. Cənubi Qafqazdan fərqli olaraq, buranı Əfqanıstan ayırır.
Hazırda Xəzəryanı ölkələr arasında ən böyük təhlükə Əfqanıstanla
sərhədlərə malik olan Türkmənistanadır. Getdikcə Əfqanıstanda
Əl-Qaidə ilə yaxınlaşma İŞİD təhlükəsini daha da artırır. Mən
inanmıram ki, bu terror qruplaşmasını Amerika bombaları, yaxud
şanlı İraq ordusu məhv edə biləcək”.
S. Mixeyevə görə, Xəzəryanı ölkələrdən biri olan İran artıq İŞİD-lə
müharibəyə cəlb edilib: “Əgər İran yardım etməsəydi, artıq Bağdad
işğal olunmuşdu. Bu ölkənin ordusu heç nə edə bilmir. Yeri
gəlmişkən, İraq ABŞ və İranın səhnəarxası əməkdaşlıq
meydançalarından biridir. İran bir növ buna məcbur olub. Əgər İran
bu işdə uğur qazanmaqda davam edəcəksə, o zaman bizim öz
güclərimizi birləşdirməkdən başqa yolumuz qalmır. Çünki kimin nə
deməsindən asılı olmayaraq, təhlükə daha sürətlə artır”.
Asif Nərimanlı
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi