Nida.az
Aşqabadın Bakı ümidləri: Transxəzər kəməri - Moskva razı olacaqmı?
Bu gün Bakıda Xəzər dənizinin hüquqi statusunun müәyyәnlәşdirilmәsi ilə bağlı Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası başlayıb.
İclasın məqsədi Xəzər dənizinin hüquqi statusunun müəyyən
edilməsinə dair Konvensiyanın hazırlanması üçün danışıqlar
aparılması və bu il Astanada baş tutacaq sammitin gündəliyinin və
tarixinin müəyyənləşdirilməsidir.
İclasda Azərbaycandan xarici işlər nazirinin müavini Xələf Xələfov,
onun iranlı həmkarı İbrahim Rəhimpur, Qazaxıstan XİN-in xüsusi
tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova iştirak edir.
Publika.az xəbər verir ki, Bakıda keçirilən
iclasda həmçinin Türkmənistan qazının Cənub Qaz Dəhlizinə qoşacaq
Transxəzər boru kəmərinin tikintisi məsələsi də müzakirə
olunacaq.
Bu haqda informasiyanı Rusiyanın “Vestik Kavkaz” saytı yayıb.
Sayt qeyd edir ki, Avropa Birliyi qaz təchizatında Rusiyanın
təsirlərini azaltmaq üçün əsas alternativ olaraq gördüyü Bakı
qazına türkmən qazını qoşmaq üçün fəaliyyətə başlayıb.
Türkmənistan tərəfi infrastruktur olacağı təqdirdə Avropaya 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər təbii qaz çatdıra biləcəyini açıqlayıb. Sayt yazır ki, prosesdə Türkiyə də əsas iştirakçıdır və Aşqabadla danışıqlarda iştirak edir.
Rusiya Şərqşünaslıq İnstitutunun əməkdaşlı, politoloq Şöhrət
Qədirov Türkmənistanın heç vaxt Avropaya qaz çatdırmaqdan imtina
etmədiyini bildirib.
“Hələ 2010-cu ildə Ankarada türkmən qazını çatdıracaq Transxəzəfr
boru kəmərinin tikintisi haqda memorandum imzalanmışdı. O vaxt
“Nabucco” gündəmdə idi. Layihə arxivə gedəndən sonra bu məsələ də
açıq qaldı. Lakin əsas problem Xəzərin statusunun həll olunmasıdır.
Rusiya, Qazaxıstan və Azərbaycan əsas məsələlərdə razılaşsa da,
Türkmənistan və İran razılıq əldə etməyib. Bununla yanaşı, Aşqabad
və Bakı arasında müəyyən narazılıqlar var. Lakin son illər
Azərbaycanla Türkmənistan arasındakı əlaqələr xeyli yaxşılaşıb.
Buna paralel olaraq uzun müddətli müqavilə imzalansa da, Rusiya
Türkmənistandan aldığı 4 milyard kubmetr qazın həcmini azaldıb.
Aşqabad Çin bazarına ümid edir. Amma görünür, burada da müəyyən
problemlər var. Buna görə də Avropa bazarına çıxış məsələsi
aktuallaşıb”, - deyə politoloq qeyd edib.
Lakin politoloq Rusiyasız Transxəzər boru kəmərinin mümkün
olacağına inanmır: “Ümid etmək olar ki, Rusiya yumşalsın. Moskva bu
layihəyə maneə yaratmasa, Avropa ilə münasibətlərin normallaşması,
Türkmənistanla əlaqələrin güclənməsi, Qafqazda daha təhlükəsizlik
mühitin formalaşması və hazırki sanksiyaların yumşalması ilə
nəticələnə bilər”.
Asif Nərimanlı
-
İKT23:24
İki qurum kiberdələduzlarla bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin123:07
"Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO