Nida.az
İsmayıl Alpər Coşqun: “İlham Əliyevin iştirakı bizi qürurlandırır”
"İlham Əliyevin Çanaqqala zəfərinin 100-cü il tədbirində iştirak edəcək olması bizi qürurlandırır".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun Bakıda Çanaqqala zəfərinin 100-cü illiyinə həsr edilən tədbirdə çıxışı zamanı bildirib.
O deyib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibət xalqın güclü iradəsi nəticəsində qırılmaz bağlarla birləşib: "İki ölkə arasındakı münasibət ən yüksək səviyyədə davam etdirilir. İki qardaş ölkə bir-birinin həm sevincində, həm kədərində birlikdədir. Ümid edirik ki, qarşıdakı günlərdə kədər deyil, yalnız sevincli günlər yaşayarıq".
A.Coşqun qeyd edib ki, Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş tədbirlər il ərzində həm Bakıda, həm də dünyanın müxtəlif yerlərində davam etdiriləcək: "Biz Çanaqqala zəfərinin 100-cü ildönümünü bayram edirik. Bu tədbirlər vasitəsilə biz dünyaya sağlam mesajlar verməyə çalışacağıq. Qarışıq proseslərin getdiyi XXI əsrdə bizim dünyaya verəcəyimiz mesajlar olduqca önəmlidir. Çox yaxşı münasibətlərimiz olduğu Rusiya kimi bir dövlətin Ermənistanda 24 apreldə keçiriləcək tədbirlərdən imtina edərək Türkiyədə Çanaqqala zəfərinə həsr edilən 100-cü il tədbirində iştirak etməsini məmnuniyyətlə qarşılayırıq. Biz Çanaqala müharibəsi ilə uzaqdan və ya yaxından əlaqəsi olan bütün dövlətlərə dəvətimizi göndərdik, kimlərin qatılacağını isə hələlik dəqiq bilmirik".
Səfir Azərbaycanın da Prezident səviyyəsində 100-cü il tədbirində təmsil olunacağını xatırladaraq deyib: "Prezident İlham Əliyev Türkiyəyə səfəri zamanı Çanaqqala zəfərini qeyd edəcəyini açıqlamışdı. Biz İlham Əliyevin iştirakına görə çox böyük məmnuniyyət hissi keçiririk".
Gülnar
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?