Nida.az
Prezident Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak edib
Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Biləcəri qəsəbəsində yerləşən Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına Mərkəz haqqında məlumat verdi.
Bildirildi ki, Mərkəz idmanın güllə və stend atıcılığı növləri
üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub.
Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür
şərait yaradılıb. Mərkəzin ərazisi genişləndirilərək 19,6 hektara
çatdırılıb.
Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti
kəsdi.
Qeyd edildi ki, Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən
ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq
Federasiyasının tələblərinə cavab verir. Mərkəzin güllə atıcılığı
binası müasir səviyyədədir.
Bildirildi ki, Mərkəzdə idmançılar və məşqçilər, həmçinin
qonaqlar üçün mehmanxana binası da inşa edilib. Dörd mərtəbə və
terrasdan ibarət binada qonaqlar üçün yüksək şərait
yaradılıb.
Diqqətə çatdırıldı ki, mərkəzdə 495 avtomobil yerlik yerüstü,
həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa
edilib.
Belə bir müasir kompleksin yaradılması “Bakı-2015” ilk Avropa
Oyunları zamanı idmanın güllə və stend atıcılığı növləri üzrə
yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"