Nida.az
“Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan vermir” - İDDİA
Son dövrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqlar dalana dirənib. Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqe beynəlxalq ictimaiyyəti də narahat edir. Lakin danışıqlara mane olan qüvvələrin təkcə Ermənistan olmadığı iddiaları da var.
Publika.az xəbər verir ki, rusiyalı politoloq
Sergey Markov Minsk formatında danışıqların davam etdirilməsinin
effektiv olmayacağını deyib.
S. Markov iddia edib ki, ABŞ münaqişənin həllinin qarşısını
alır.
“Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan vermir.
Fransa kifayət qədər güclü deyil və nüfuza malik deyil. Parisin
real vasitəçiliyə gücü çatmaz. Yerdə yalnız Rusiya qalır və Moskva,
göründüyü kimi, məsələdə maraqlıdır. Avropa Birliyinin prosesdə
iştirakı yaxşı olardı, lakin ABŞ qeyri-konstruktiv mövqe tutur.
Azərbaycan indi problemin həlli variantlarını axtarır. Lakin hesab
edirəm ki, əsas proses Minsk qrupundan kənarda gedəcək”.
Andrey Petrov isə Minsk qrupu formatının dəyişikliyi haqda təklifi
siqnal hesab edir.
Qeyd edək ki, ATƏT PA-nın Vyanada keçirilən sessiyasında Azərbaycan
nümayəndə heyətinin üzvü Azay Quliyev Minsk qrupunun “5-lər Sədrlər
Şurası” olaraq dəyişdirilməsi, Almaniya və Türkiyənin vasitəçiliyə
gətirilməsi təklifi ilə çıxış etmişdi.
Rusiyalı politoloqun fikrincə, Bakı münaqişənin həllində Minsk
qrupunun fəaliyyətinin artmasında maraqlıdır və nəticə əldə etməyə
çalışır.
“Son dövrlər danışıqlar prosesinin dalana dirənməsi Azərbaycan
tərəfini narahat edir. Bakı yenidən danışıqlar masasına oturmağı
təklif edir”, - deyə o bildirib.
Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov da hazırkı şəraitdə
prosesin aktivləşməsi imkanlarının axtarılmasının vacibliyini
vurğulayıb: “Bir neçə ilin təcrübəsi göstərir ki, danışıqlar
prosesinin inhisara alınması irəliləyişə səbəb olmur. Bütün
həmsədrlərin birgə fəaliyyəti faydalı olar. Lakin bu qrupun Dağlıq
Qarabağın statusunun müəyyən edilməsinə xidmət etməli olan Minsk
konfransının hazırlanması üçün köməkçi vasitə olduğunu da unutmaq
lazım deyil. İndiyə qədər status məsələsində razılaşmaya nail
olunmayıb. Buna rəğmən, vasitəçilərin danışıqları
sürətləndirməsində fayda olduğunu düşünürəm”.
Asif Nərimanlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR