• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Patriarxın” bir bazar günü... Sonun başlanğıcına verilməyən zəmanət

  • Nida.az
  • 16 Mart 2015 16:04
  • 1 120 Baxış
“Patriarxın” bir bazar günü... Sonun başlanğıcına verilməyən zəmanət

Bir bazar günü... Paytaxt sakinlərinin bayram əhvali-ruhiyyəsi ilə bazarlara axışdığı bir gündə “Məhsul” stadionunda quraşdırılan tribunaya dırmaşanlar diqqəti çəkir. Qisas hissi ilə alışıb-yanan bir ovuc cəbhəçinin lideri Əli Kərimli, onun keçmiş müşaviri Zərifə Məhəddinovanın təbirincə desək, AXCP-də matriarxizm yaradan Gözəl Bayramlı, üz döndərdiyi düşərgəyə təvazökarcasına qayıdan Cəmil Həsənli və vaxtilə iqtidar tribunasından dünən eyni səfdə dayandığı insanları söz atəşinə tutan Gültəkin Hacıbəyli...


Qadınların və kişilərin tutduğu tribunadan aşağı boylananda bir neçə yüz insanın doldura bilmədiyi boş meydan görünür. 600 nəfərlik azsaylı kütlənin xarakteristikasını aparmaq da maraqlı olardı: illərlə aldadılmış cəbhəçilər, hələ də 90-cı illərin nostaljisi ilə yaşayan insanlar, seksual inqilab tərəfdarları və....

Bəlkə də, bütün mitinq iştirakçılarının xarakterini araşdırsaq, hər birində ya 20 il öncə itirilmişlərin, ya da 20 ildə partiyanın təpəsində oturanların basqısı ilə sıxılanların elementlərini tapmaq mümkündür.


... Mitinqin əvvəldən hansı məqsədlə keçiriləcəyi bəlli idi. Tribunaya dırmaşanlara görə, bu, bahalığa etiraz, ağıllı analizlərə görə isə ya xarici sifariş, ya da Milli Şuranın gündəmə gəlməsidir. Ətrafındakı bir neçə nəfəri saxlamaq üçün nəsə etməyə məcbur olan Əli Kərimlini anlamaq çətin deyil.

Lakin onun tribunada bağırdığı səs tonu ilə meydanın vəziyyəti arasında paradoks açıq şəkildə hiss olunurdu.


“Azərbaycan hakimiyyəti sizlərdən qorxur. Çalışdılar ki, buraya, bu meydana gəlməyəsiniz. “Yox” demək üçün meydanlara axışmayasınız. Amma siz onları məyus etdiniz. Bu gün bu meydanı doldurdunuz”, - Əli Kərimli deyir və meydana nəzər salır...

600 nəfərlik bir toplantı. “Məhsul” stadionunda barmaqla sayılacaq qədər insan var, lakin Əli Kərimli sanki milyonluq kütlənin qarşısına çıxış edir. O, bununla elektoratının barmaqla sayılacaq qədər olduğunu da etiraf edir. Halbuki mitinq öncəsi 80 min insanın iştirakından bəhs edilirdi. Siyasi təbliğat baxımından bu da anlaşılandır. Lakin hər şeyin həddi olduğu kimi, iddiaların da bir qədəri olmalıdır. 80 min insan haqda danışıb, 600 nəfərə xitab etmək hər şeyi öz xoşunla etiraf etməkdir.


15 mart mitinqi xalqın mitinqi deyildi. Bunu heç Milli Şuranın da mitinqi adlandırmaq olmaz. Bu, nə Cəmil Həsənlinin, nə də ora toplaşan 600 nəfərin yox, Əli Kərimlinin mitinqi idi. Keçmiş müavini Razi Nurullayevin arqumentlərindən çıxış etsək, əminliklə demək olar ki, 600 iştirakçının 500-ü məhz Əli Kərimlinin diktatorluğu altında, onun adamlarının müşayiəti ilə meydana gəlmişdi. Yerdə qalan 100 nəfərin yarısı təsadüfi, yarısı dı adrinalin tərəfdarı olan gənclər idi.


Bu, Əli Kərimlinin müxalifətə özünüsübutu, xüsusilə heç cür barışa bilmədiyi Müsavata təkbaşına “əzələ nümayişi” idi.

Və o nə iqtidarla normal danışıqları, nə də müxalifətdə konstruktiv münasibətləri qəbul etmir.


Onun bu iqamətgahda dil tapdığı yeganə insanlar qulluqçulardır. Qulluqçularla davranmaq onun üçün o səbəbdən asan idi ki, o, onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadə insanların qəlblərini asanlıqla oxuya bilirdi”.


“Patriarxın payızı” romanında bu parça Əli Kərimli psixologiyasını açıq şəkildə göstərir.

O, illərdir əzdiyi cəbhəçini yaxşı tanıyır, onu şantajla idarə etməyi yaxşı anlayır və daim onlardan qəbul etdiyi təriflərlə yaşayır. Və patriarxın payızını gətirir.


Bir bazar günü xalq patriarxın sonunu gətirdi. Minlərdən dəm vuran Əli Kərimliyə bu ölkədə alternativ ola bilmədiyi sübut olundu. İllərlə narıncı geyinib qızılgüllər taxan AXCP-nin patriarxı sakit bir bazar günündə “gücünü göstərdi”.


Və dahi Markes 39 il öncə yazırdı: “Guya bu zırramalar anlamırlar ki, siyasət ilk əvvəl kişilik tələb edir...”


Bu arada, Milli Şura növbəti mitinqini aprelin 5-nə təyin edib. Cəmil Həsənli “15 mart mitinqi son deyil, bir başlanğıcdır” deyir. Amma heç kim bunun sonun başlanğıcı olmadığına da zəmanət vermir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR