Əli Həsənov 200 nəfərə medal təqdim etdi
Bizi izləyin

Nida.az

Əli Həsənov 200 nəfərə medal təqdim etdi

Hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Dövlətinin Silahlı Qüvvələrində müxtəlif yüksək rütbəli vəzifələrdə xidmət edirlər.

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzində Sovet Qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar!” devizi altında təntənəli mərasim keçirilir.

Publika.Az-ın məlumatına görə, tədbir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Mərasimdə dövlət və hökumət nümayəndələri, güc strukturlarının nümayəndələri, veteranlar və xarici qonaqlar iştirak edir.Tədbirdən əvvəlcə bir qurup veterana “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” yubiley medalının təltifetmə mərasimi keçirilib. Medalları Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov və MDB hökumət başçıları Şurası yanında Beynəlmiləl döyüşçülərin işi üzrə Komitənin sədri Ruslan Auşev təqdim ediblər.

Tədbirdə çıxış edənlər bildirib ki, 1979-cu il 25 dekabr tarixindən 1989-cu il 15 fevral tarixinə kimi Sovet İttifaqının 40-cı ordusu Əfqanıstan ərazisində olduğu 10 il müddətində beynəlmiləlçilik missiyasını yerinə yetirərək 400-dən çox iri miqyaslı hərbi əməliyyatlar keçirib. Ən böyük əməliyyatlardan biri olan “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərrüfatı mallarını maneəsiz daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilib. On il müddətində SSRİ tərkibində olan keçmiş Sovetlər Respublikalarının 68 millətin nümayəndəsindən ibarət 620 min nəfər hərbçisi hərbi əməliyyatlarda iştirak edib.

Əfqanıstan müharibəsində Azərbaycandan 208 nəfər həlak olub, 6 nəfər itkin düşüb, 400-dən çox insan əlil olub.

Qeyd olunub ki, Azərbaycanın Əfqanıstan veteranlarının 4500 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş döyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xüsusi fəallıq göstərib ilk xüsusi təyinatlı batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşüb. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb. Əfqanıstan döyüşçülərindən Qarabağda torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, bir çoxları isə döyüş medalları ilə təltif olunub. Hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Dövlətinin Silahlı Qüvvələrində müxtəlif yüksək rütbəli vəzifələrdə xidmət edirlər.

Tədbirin rəsmi hissəsi başa çatdı. Sonda prezident İlham Əliyevə müraciət qəbul olundu.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm