"Ermənistan və havadarları birmənalı olaraq bilməlidirlər... " - Arzu Rəhimov
Bizi izləyin

Nida.az

"Ermənistan və havadarları birmənalı olaraq bilməlidirlər... " - Arzu Rəhimov

"Mən əminəm ki, Əfqanıstan müharibəsinin veteranları hər na torpaqılarımızın azad edilməsinə hazırdır. Ancaq biz sülhü, dostluğu, qardaşlığı, mehriban qonşuluğu, əminamanlığı hər şeydən üstün tuturuq".

"Ermənistan və havadarları birmənalı olaraq bilməlidirlər ki, gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Publika.Az-ın məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bu gün Bakıda Sovet Qoşunlarının Əfqanıstandan çıxaırlmasının 25-ci ildönümü münasibətilə "Azərbaycan Əfqanıstan veteranları Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır!" devizi altında keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın həll edilməyən bir əsas problemi var: "Bu, Dağlıq Qarabağ problemidir. Azərbaycan torpaqıarının bir hissəsi təcavüzkar Ermənistan tərəfindən işğal olunub. Bu müharibədə minlərlə soydaşımızı itirmişik. Lakin dünya hələ də susur. Qəbul edilmiş beynəlxalq qərarlar icra olunmur. Ermənistan məkrli siyasətindən, iddialarından əl çəkmir. Ancaq birmənalı olaraq Ermənistan və onların havadarları bilməlidirlər ki, gec-tez Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci bir erməni dövlətinin yaranmasına rəvac verməyəcək. Torpaqlarımızı işğaldan azad etməyə həm iqtisadi, həm də hərbi gücümüz yetərincədir. Ancaq Azərbaycan bu problemin beynəlxalq müstəvidə, beynəlxalq hüqqu əsasında həllini zəruri hesab edir.

Bir neçə gündən sonra fevralın 26-da ermənilər tərəindən Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım aktı törədilməsinin 22-ci ildönümü qeyd ediləcək. Bu faciə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş terror aktıdır. Təəssüf ki, Xocalı soyqırımının ideya müəllifləri əlləri günahsız insanların, qadınların, qocaların, uşaqların qanlarına bulaşmış cinayətkalar hələ də müttəhim kürsüsündə əyləşməyiblər. Ancaq biz haqqın, ədalətin qələbə çalacağına inanırıq".

A.Rəhimov iftixar hissi ilə qeyd edib ki, digər müharibə veteranları kimi Azərbaycan Əfqanıstan müharibəsi veteranları da qəhrəmanlıq nümunələri üçün örnəkdir: "Mən əminəm ki, Əfqanıstan müharibəsinin veteranları hər na torpaqılarımızın azad edilməsinə hazırdır. Ancaq biz sülhü, dostluğu, qardaşlığı, mehriban qonşuluğu, əminamanlığı hər şeydən üstün tuturuq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm