• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Azərbaycanlılar da meydandadır" - Kiyevdə yaşayan jurnalist danışır

  • Nida.az
  • 19 Fevral 2014 16:39
  • 1 036 Baxış
"Azərbaycanlılar da meydandadır"  - Kiyevdə yaşayan  jurnalist danışır

Ukraynada küçə döyüşləri davam edir. 25 nəfərdən artıq insanın öldürüldüyü meydanda yaralananlar arasında azərbaycanlının da olduğu deyilir.

Ukraynada fəaliyyət göstərən GUAM Ölkələri Jurnalistlərinin Araşdırma Mərkəzinin direktoru, uzun müddət Ukrayna parlamentində aparıcı mütəxəssis olmuş Elxan Nuriyev Publika.Az –a açıqlamasında Maydandakı son durum, ölkədə ictimai və siyasi vəziyyəti şərh edib.

“Bir neçə dəqiqə əvvəl Maydana iki avtobus kömək gəldi”

Hər iki tərəfdən ölən və yaralanın olduğunu deyən E. Nuriyev bildirib ki, 25 nəfərin öldürülməsi rəsmi olaraq təsdiq edilib: “Öldürülənlərin 10 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşları, yerdə qalanı isə özünümüdafiə qüvvələrinin üzvləridir. Hamısı bir qayda olaraq oldu silahdan açılan atəşlə öldürülüb. Şəhərdə müəyyən təxribat qrupları da var. Maydandan kənarda da belə hadisələr baş verir. Dövlət Avtomobil Müfəttişliyinin iki zabitini güllələyiblər. Başqa yerdə iki nəfər dinc adamı sikinxedlər öldürüb. Vəziyyət olduqca gərgindir. Artıq prezident vəziyyətlə bağlı fərman verib. Sabah Ukraynada matəm günüdür. Şəhərə giriş məhdudlaşdırılıb, magistral yoldan gələn bütün maşınlar yoxlanılır. Amma yol tapıb gələnlər də var. Bir neçə dəqiqə əvvəl Maydana iki avtobus kömək gəldi”.

“Bir neçə günə Ukrayna diasporu ayağa qalxar, o zaman Yanukoviç tam izolyasiya olacaq”

Həmyerlimiz qeyd edib ki, Qərbi və Mərkəzi Ukraynada hərbi hissələr, yerli icra hakimiyyətləri orqanları camaatın əlində keçib. Onun sözlərinə görə, bu proses Kiyevə doğru irəliləyir. O, baş verənləri 1990-cı ilin qanlı yanvarına bənzədir.

“Hadisələri o zaman Bakıda baş verənlərlə müqayisə etmək olar. Hər iki tərəfdən yüksək səviyyəli siyasətçilərə heç nə olmayacaq. Nə olacaqsa, vətənpərvər, qeyrətli insanlara olacaq. Təbii ki, bu hakimiyyət uzun müddətli ola bilməz. Çünki Avropa artıq hakimiyyəti izolyasiyaya edir. Bununla bağlı çağırışlar var. Heç kəs unutmasın ki, ukraynalıların dünyanın aparıcı ölkələrində-Amerikada, Kanadada, Avstraliyada, Braziliyada, Argentinada 20 milyonluq güclü diasporu var və onlar dünya ölkələrinə təsir etmək gücündədirlər. Bu gün hakimiyyət özünü Belarusiya kimi aparmaq istəyirsə, bu ukraynalılarla alınmayacaq. Hesab edirəm ki, bir neçə günə dünyadakı ukraynalılar da ayağa qalxacaq və o zaman Yanukoviç tam izolyasiya olacaq”-deyə o vurğulayıb.

Azərbaycanlıların da meydanda olduğunu deyən E. Nuriyev kiminsə yaralanmasından, yaxud hansısa xəsarət almasından xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, Maydanda ölənlər arasında gürcü də var, digər millətlərdən olanlar da. Amma azərbaycanlılarla bağlı dəqiq məlumatı yoxdur, çünki vəziyyət olduqca qarışıqdır.

Uzlaşdılar deyərkən qəfil toqquşmalara səbəb nə oldu?

E. Nuriyev müxalifətlə hökumətin uzlaşdığı deyildiyi bir vaxt bu cür qarşıdurmanın yaranmasının detallarını açıqlayıb. Bildirib ki, dünən səhər saat 10:00-da parlamentin iclası başı tutub: “Ukrayna parlamenti belədir ki, bir həftə işləyir, bir həftə yoxdur. Birinci günlər də gündəliyin təsdiqinə həsr olunur. Ən vacib məsələlər də parlamentdə yalnız həftənin bir günü müzakirəyə çıxarıla bilər. Qanunvericiliyə görə belədir. Dünən - fevralın 18-də səhər saat 10:00-da parlamentin sədri 226 səslə yeni parlament çoxluğunu gündəliyə salmalı idi. Belə olsaydı, yeni hökumətin ilkin konturlarını müəyyənləşdirmək mümkün olacaqdı. Yeni hökumətdə kimlərin təmsil olunacağı ilkin variant olaraq biləcəkdi. Bu gün də danışıqlar getməli idi və sabah-ayın 20-də yeni hökumətin ilk konturları səsə qoyulmalı idi. Dünən yeni parlament çoxluğunun qəbul edilməsi üçün parlamentə birbaşa təzyiq etmək məqsədilə Maydandan təşkil edilmiş xüsusi qruplar parlament binasına doğru irəliləməyə başladı. Onlar çöldə gözlədiyi vaxt, parlament sədri məsələni gündəliyə çıxarmadı və gərginlik başlandı. Hər iki tərəf günahkardır. Bir tərəfdən sözünü tutmayan parlament sədri, digər tərəfdən özlərini yaxşı aparmayan müxalifət. Beləliklə, vəziyyət bu həddə qədər gəlib çıxdı”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR