Hacıbəylilər gənclərə Divanda cavab verəcək- Açıqlama
Bizi izləyin

Nida.az

Hacıbəylilər gənclərə Divanda cavab verəcək- Açıqlama

Müsavat Partiyasının Gənclər Təşkilatında (GT) yaranmış böhrandan sonra təşkilatdan uzaqlaşdırılan gənclər partiya rəhbərliyini ittiham ediblər.

Müsavat Partiyasının Gənclər Təşkilatında (GT) yaranmış böhrandan sonra təşkilatdan uzaqlaşdırılan gənclər partiya rəhbərliyini ittiham ediblər.

Əsas iddialarsa belədir ki, baş verənlər əslində başqanlıq seçkiləri ilə bağlıdır. Gənclərin dediklərindən belə anlaşılır ki, uzaqlaşdırılan gənclər Tural Abbaslının namizədliyini dəstəklədiyi üçün belə aqibətlə üzləşiblər. Bunu edən isə ən şanslı namizəd hesab olunan Arif Hacılıdır.

GT-yə keçirilən seçkidə A. Hacılını ittiham etdiyinə görə partiyadan uzaqlaşdırılan S. Poladov müsahibəsində (http://publika.az/p/6878 ) baş verənləri Müsavatda Hacıbəyli ailəsinin müsavatçı ailəsinə qarşı təxribatı adlandırıb.

Gənclərin ittihamlarına münasibət bildirən Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə Publika.Az –a açıqlamasında bildirib ki, bu ittihamlara cavab partiyanın Divanında veriləcək: “Gələn həftənin birinci günü Müsavat Divanında bu məsələlər müzakirə olunacaq və rəsmən cavab veriləcək. Ona qədər hansısa cavabın verilməsinə ehtiyac görmürəm. Çünki buna Divan səviyyəsində münasibət olacaq”.

M. Hacıbəyli qeyd edib ki, baş verənlərə təbii yanaşmaq lazımdır. Onun sözlərinə görə, başqanlıq mübarizəsi olacaqsa, bu normal çərçivələrdə olacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm