Nyu Meksikoda türk dünyası ziyafəti
Bizi izləyin

Nida.az

Nyu Meksikoda türk dünyası ziyafəti

Azərbaycanı tədbirdə Vaşinqtondakı səfirliyimizin müşaviri Məmməd Talıbov təmsil edilib.

Fevralın 16-da ABŞ-ın Nyu Meksiko ştatının paytaxtı Santa Fe şəhərinin mötəbər tarixi binalarından sayılan “La Fonda” mehmanxanasında “Amerikalı və Avrasiyalıların Turkuaz Şurası” (Turquoise Council of Americans and Eurasians) adlı ABŞ türk icması təşkilatı tərəfindən “Nyu Meksiko – Türk Dünyası ziyafət axşamı” təşkil olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Publika.Az –a verilən məlumata görə, tədbirdə Nyu Meksiko ştatının ədliyyə naziri Qari K. Kinq (Attorney General of New Mexico Gary K. King), maliyyə naziri Ceyms B. Lyuis (State Treasurer James B. Lewis), Nyu Meksiko ştatının Senatı və Nümayəndələr Palatasının bir sıra üzvləri iştirak ediblər.

Azərbaycanı tədbirdə Vaşinqtondakı səfirliyimizin müşaviri Məmməd Talıbov təmsil edilib.

Tədbir zamanı çıxış edən M. Talıbov Azərbaycanla ABŞ arasında mövcud olan strateji tərəfdaşlıq, Azərbaycan rəhbərliyinin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionun liderinə çevrilməsi, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru kəmərləri və Bakı-Tiflis-Qars dəmir yolu xətti kimi irimiqyaslı layihələrin həyata keçirilməsi barədə, həmçinin Azərbaycanın TANAP və TAP layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfəsi barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Azərbaycanlı diplomat regiondakı təhlükəsizliyə təhdid olan yeganə problemin Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qaldığını vurğulayaraq, bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsip və normaları, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində tezliklə həll olunmasına ABŞ Administrasiyasının səylərini artırmağa çağıran qətnamənin qəbul edilməsinə görə Nyu Meksiko Senat və Nümayəndələr palatasının üzvlərinə təşəkkürünü bildirib.

Tədbir zamanı çıxış etmiş senator və nümayəndə palatasının üzvləri keçən ilin may ayında Bakıda keçirilmiş Azərbaycan-ABŞ Konvensiyasında iştirak üçün ölkəmizdə səfərdə olduqlarını qeyd edərək onlara göstərilmiş qonaqpərvərlik və mehribançılığa görə minnətdarlığını bildiriblər. Onlar Nyu Meksiko ştatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın genişlənməsinə çağırıblar.

17 fevral tarixində Azərbaycan nümayəndəsi Nyu Meksiko senatının rəhbərliyi ilə görüşlər keçirib. Görüşlər zamanı Azərbaycanın regionda mühüm rolu, habelə Nyu Meksiko ştatı ilə ölkəmiz arasında müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm