• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Xocalı qurbanlarının xatirəsi Xarkovda anılıb

  • Nida.az
  • 20 Fevral 2014 11:17
  • 341 Baxış
Xocalı qurbanlarının xatirəsi Xarkovda  anılıb

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) və ASAİF-in təşəbbüsü, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının dəstəyi ilə Ukraynada elan olunmuş "Xocalı ayı" çərçivəsində növbəti tədbir Xarkov şəhərində keçirilib.

Xarkov vilayətində fəaliyyət göstərən bir sıra gənclər təşkilatları nümayəndələrinin və diaspor fəallarının iştirak etdiyi anım mərasimi Xocalı qurbanlarının xatirəsinin yad olunması ilə başlayıb.

Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, 22 il bundan öncə ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqırım siyasəti haqqında ətraflı məlumat verib. Erməni silahlı qüvvələrinin Xocalı şəhərində törətdikləri kütləvi qırğınları qəddarlıq baxımından bəşər tarixinin ən amansız səlnaməsi kimi səciyyələndirən birliyin sədri Xocalıda və Azərbaycanın digər bölgələrində şəhid olan qəhrəman oğul və qızlarımızın qanının yerdə qalmayacağını vurğulayıb: "Biz gənclər dünyanın harasında yaşamağımızdan asılı olmayaraq vətənimizin sıravi əsgərləriyik. Əminəm ki, ölkəmizin ali baş komandanı İlham Əliyev istənilən zaman əmr verərsə, Azərbaycan gəncliyi qısa bir zamanda işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edəcək".

Sonra mərasimə qatılanlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış Xocalı harayı filminə baxmaqla ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirtdikləri vəhşiliklərlə tanış olublar.

Xocalıda baş verənləri insanlığa yönəlik bəşəri cinayət adlandıran Xarkov Milli Unuiversitetinin müəllimi, tarix elmlər namizədi Lyudmila Qarnik ermənilərin zaman-zaman Azərbaycan torpaqlarına köçürülməsi siyasətindən danışıb. Hazırkı Ermənistan dövlətinin Azərbaycanın tarixi əraziləri üzərində qurulmasını tarixi faxtlarla mərasim iştirakçılarının diqqətinə çatdırıb: "Xocalı faciəsi XX əsrin ən qanlı səhifəsidir. Mən bir tarixçi kimi onu deyə bilərəm ki, ermənilər Azərbaycan torpaqlarına sonradan gəliblər və imperialist ölkələrin gücünə arxalanaraq əsrlər boyu Azərbyacan xalqına qarşı işğalçılıq və soyqırım siyasəti həyata keçiriblər. İnanıram ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək"

Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xarkov vilayət təşkilatının fəallarından İbrahim Əlizadə, Sevda Bayramova, İlqar Hüseynov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının sədr müavini Amil Abdullayev çıxış edərək, aradan 22 il keçməsinə baxmayaraq beynəlxalq təşkilatların hələ də Xocalı soyqrımına hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi qiymətləndiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR