O deputat Elman Rüstəmova səs vermədi
Bizi izləyin

Nida.az

O deputat Elman Rüstəmova səs vermədi

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında Elman Rüstəmovun yenidən Milli Bankın İdarə Heyətinin üzvlüyünə seçilməsinin əleyhinə səs verən yeganə deputat olub.

Publika.az-ın məlumatına görə, bu barədə deputat özü məlumat verib.

F.Mustafa Elman Rüstəmovun əleyhinə səs verməsini belə izah edib: “Arqumentim bu idi ki, Elman Rüstəmov kifayət qədər savadlı və təcrübəli kadrdır, ola bilsin ki, bu iqtidar üçün də xüsusi dəyəri olan kadr sayılır, ancaq heç bir yüksək çinli dövlət məmurunun xalqı aldatmağa mənəvi haqqı çatmır. Onun manatın devalvasiyası məsələsində mövqeyi haqlı olaraq insanlarımızda əsəb gərginliyinə səbəb olmuşdu. Buna görə də əleyhinə səs verdim”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm