Nida.az
Moskva pulu kəsdi, İrəvanın ağır günləri başladı
Rusiya rublunun devalvasiyasi Ermənistan üçün “soyuq
duş” effekti yaradıb. Bu ölkənin sakinlərinə Rusiyada işləyən
qohumları tərəfindən göndərilən pulun həcmi kəskin şəkildə azalıb.
Digər tərəfdən, Rusiya bazarında işləyən Ermənistana məxsus kiçik
və orta müəssisələr müflis olmaq həddindədir.
Publika.az xəbər verir ki, “Azadlıq” radiosunun
Fransadan yayımlanan Rusiya xidməti bu haqda araşdırma aparıb.
Ermənistanda işə götürənlər ittifaqının sədri Qaqik Makaryanın
sözlərinə görə, bir çox müəssisə Rusiyaya malı göndərməni
dayandırıb: “Onlar zərərə işləmək istəmirlər. Konserv istehsal edən
müəssisələrin əksəriyyəti bağlanıb. Bəziləri hadisələrin gedişatını
öncədən görərək ötən ilin sentyabr-oktyabrında ixracı
dayandırdı”.
Məqalədə qeyd olunur ki, 2013-cü ilin sentyabrında Ermənistan
Avropa Birliyinə üz döndərərək Rusiyanın Gömrük Şurasına daxil
olanda hakimiyyət vətəndaşlarını Rusiya bazarlarının onlar üçün
açıq olacağına inandırırdı. Lakin ötən ildən başlayaraq bunun əksi
müşahidə olunur. Ermənistandan Rusiyaya ixraclar artmadı, əksinə,
əhəmiyyətli dərəcədə azaldı. Xüsusilə Ermənistandan Rusiyaya
göndərilən ənənəvi mallar - tərəvəzlər, şərab, konyak, konservlərin
ixracı kəskin şəkildə azalıb.
Ermənistan haqda verilən proqnozlar da təsəlliverici deyil. Belə
ki, 2015-ci ildən Avrasiya İttifaqına daxil olan Ermənistan Rusiya
iqtisadiyyatının zəifləməsini öz iqtisadi həyatında ciddi şəkildə
hiss edəcək. Hökumətsə yalan vədlər verməklə məşğuldur. Eyni
zamanda, Rusiya rəsmiləri də nəticə çıxarmaq üçün tələsməməyi
tövsiyə edir.
Ermənistanın Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan Avrasiya
İttifaqına üzv olmağın heç bir xeyir gətirmədiyini deyib. Onun
sözlərinə görə, Rusiya yolunu seçən Ermənistan üçün iqtisadi
çöküşün daha kəskin mərhələləri qarşıdadır.
Asif Nərimanlı
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu
-
Sosial00:45
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
-
Qoroskop00:30
Günün ULDUZ FALI: ciddi məsələlərə toxunmaq olar
-
Magazin200:15
“Avroviziya-2024”ün ikinci yarımfinalı başladı - CANLI