• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycandan NATO-ya nota... – ETİRAZ MƏKTUBU

  • Nida.az
  • 4 Aprel 2015 17:48
  • 557 Baxış
Azərbaycandan NATO-ya nota... – ETİRAZ MƏKTUBU

Azərbaycan NATO Parlament Assambleyasına (PA) qurumun iyunda Ermənistanda keçirilməsi nəzərdə tutulan “Rouz-Rout” seminarı ilə bağlı etiraz məktubu göndərib.

Məlumatına görə, məktubda seminarın İrəvanda keçirilməsindən imtina edilməsinə dair çağırış yer alıb.

Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü, deputat Siyavuş Novruzov bildirib ki, bununla bağlı ötən gün qurumun Belqradda keçirilən seminarında Azərbaycan nümayəndə heyəti rəhbərliyə və üzv ölkələrə açıq çağırış edib. Bundan sonra ölkəmizin qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov tərəfindən Baş Katibliyə rəsmi etiraz məktubu göndərilib.

S. Novruzov Azərbaycan tərəfinin bu etirazı və tələbi üçün tutarlı faktları sadalayıb: “Bir müddət əvvəl İrəvanda keçirilən beynəlxalq tədbirdə Moldova Ombudsmanı Aureliya Qriqoriu ədalətli fikrinə görə orada iki gün həbsdə saxlanıldı və beynəlxalq təşkilatların sərt müdaxiləsindən sonra azadlığa buraxıldı. Həmçinin Azərbaycanın ATƏT PA-dakı nümayəndələri qurumun İrəvandakı tədbirinə yollandığı zaman Ermənistanın əvvəlcədən verdiyi zəmanətə baxmayaraq, bir sutka aeroportun zirzəmisində saxlanıldılar. Bundan başqa öz yurdlarına səfər edən 3 nəfər kəlbəcərlidən birini öldürdükdən sonra ikisi üzərində qondarma məhkəmə quraraq girova çeviriblər. Bu kimi faktların çox olduğunu deyərək belə bir mötəbər tədbirin Ermənistanda keçirilməsinin düzgün olmadığını bildirdik. Bizim bu tələbimizə Türkiyə, Balkan ölkələri və digərləri dəstək verdilər”.

APA

Xəbər lenti

DAHA ÇOX XƏBƏR