
“Cənub” qaz dəhlizi tamamilə yeni enerji xəritəsini
ortaya qoyur və Azərbaycanın rolu getdikcə artır. Bildiyiniz kimi,
Avropa İttifaqı indi enerji ittifaqı haqqında bəzi təkliflər irəli
sürübdür və Azərbaycan Avropa Komissiyasının sənədlərində artıq
önəmli tərəfdaş kimi göstərilir. Biz əlbəttə ki, bütün bu işləri
izləyirik. Biz bilirik ki, Azərbaycanın rolu nə qədər
əhəmiyyətlidir. Biz bilirik ki, Azərbaycan qazı hazırda Avropa
məkanı üçün yeganə yeni mənbədir. Biz öz işimizi görürük və
gördüyümüz işlər nəticə verir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev
aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında deyib.
“Biz 2012-ci ildə Prezident Ərdoğanla İstanbulda TANAP
layihəsini imzaladıq və 2015-ci ildə TANAP layihəsinin təməl daşını
qoyduq. Görün, qısa müddət ərzində nə qədər iş görülmüşdür. Bundan
əvvəl TAP layihəsi seçilmişdir, “Şahdəniz-2” layihəsinə start
verilmişdir və Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz
kəməri də artıq inşa edilir”,– deyə ölkə başçısı bildirib.