Rasim Musabəyov: “Soyqırımı” qərarları elə 2015-ci ildə də qalacaq”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “Soyqırımı” qərarları elə 2015-ci ildə də qalacaq”

“İrəvan qondarma “soyqırımın” tanınmasına, onun qınanmasına dünyanın müxtəlif yerlərində nail olmaqla maksimum divident əldə etməyə çalışır. Lakin hesab edirəm ki, bu, daha çox 2015-ci ilin siyasi prosesləri olaraq qalacaq. Avropa Parlamentinin tutduğu mövqe hüquqi baxımdan o qədər də təsirli olmayacaq”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.


Onun sözlərinə görə, Roma Papasının bəyanatı da hüquqi qiymətə malik deyil: “Mənəvi tərəfinə gəlincə, ümumi mənada bunu xristian birliyinin müsəlman dünyasına qarşı növbəti “səlib yürüşü” adlandırmaq olar. Eyni zamanda, burda xırda şəxsi maraqlar da önəm daşıyır. Bu gün Ermənistan parlamenti də öz təbirincə Türkiyəyə təzyiq etmək cəhdləri edir. Onlar nə qədər gülünc olsa da, dünyada bütün soyqırımıların tanınması təklifini irəli sürürlər. Misal üçün, Osmanlı imperiyasında “Ponti yunanlarının və asurilərin soyqırımı” kimi absurd iddialar irəli sürür, Kamboca, Ruanda, Darfure kimi yerlərdə soyqırımılar olduğunu gündəmə gətirir və bütün bunların qəbul olunmasını istəyirlər. Halbuki bu hadisələrdə haqda beynəlxalq tribunalın qərarları var”.


R. Musabəyov hesab edir ki, ermənilərin “soyqırımı” canfəşanlığının arxasında başqa amillər də dayanır.


“Bu beynəlxalq aləmdə xüsusi dividentlər gətirmir. Sadəcə olaraq, İrəvan rejimi aclıq çəkən bir ölkədə yoxsul insanları “qəhrəmanlığa” qonaq edir. Yəni Ermənistan hakimiyyətini 100 il öncə baş verənlər az maraqlandırır. Digər tərəfdən, dünya nə qədər absurd qərarlar çıxarsa da, bunun perspektivi yoxdur. İndiyə qədər olan təcrübə də göstərir ki, bu tipli siyasi gedişlər müvəqqəti olur”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm