Rusiya Baş Qərargah rəisi: “Qarabağda müharibə alovlana bilər”
Bizi izləyin

Nida.az

Rusiya Baş Qərargah rəisi: “Qarabağda müharibə alovlana bilər”

“Qərblə Rusiya arasında münasibətlərin kəskinləşməsi post-sovet məkanında dondurulmuş münaqişələrin alovlanmasına səbəb ola bilər”.


Publika.az xəbər verir ki, bu barədə Moskvada keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib.


Onun sözlərinə görə, post-sovet məkanında dondurulmuş münaqişələr Rusiyanın təhlükəsizliyini təhdid edir.


“Xüsusilə ABŞ və Avropa Birliyinin Rusiya ilə gərgin münasibətləri fonunda bu münaqişələrin yenidən alovlanması ehtimalı artır və bu, bizim sərhədlərimiz yaxınlığında silahlı toqquşmalara gətirib çıxara bilər. Bu gün Moldovanın Dnestryanı bölgə ilə, Gürcüstanın Cənubi Osetiya və Abxaziya ilə münaqişəsi, həmçinin Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağın statusuna görə münaqişə öz həllini tapmayıb. Bu münaqişələrin alovlanması riski Rusiya sərhədləri üçün də təhlükəlidir”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm