• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İran “qorxusu”, Yaxın Şərq və Ukraynada münaqişə: Qərb müharibədən nə qazanır?

  • Nida.az
  • 17 Aprel 2015 19:57
  • 605 Baxış
İran “qorxusu”, Yaxın Şərq və Ukraynada münaqişə: Qərb müharibədən nə qazanır?

Müharibələr – bəşəriyyətin ən böyük fəlakətindən olan bu prosesdə yalnız işanlar ölmür, evlər dağılmır, torpaqlar işğal olunmur. Bu, həm də milyardlarla pulun kimlərinsə ciblərinə getməsi deməkdir.

Publika.az xəbər verir ki, son dövrlər ortaya çıxan faktlar dünyada baş verən münaqişələrdən, silahlı toqquşmalardan ən çox Qərbin gəlir əldə etdiyini göstərir. Misal üçün, Yaxın Şərqdə İŞİD-in yaratdığı xaos, eləcə də Ukraynada gedən müharibə dünyaya humanizm “əxz edən” ABŞ və Avropa ölkələrinə külli miqdarda gəlir gətirib.


Silah şirkətlərinin “müharibə təbliğatı”


ABŞ-ın keçmiş konqres üzvü Ron Pol “CNBC” üçün qələmə aldığı məqalədə yeni “təhlükələrin” silah istehsal edən şirkətlərə böyük gəlir gətirdiyini qeyd edir: “Onlar isə öz növbələrində analitik mərkəzlərə, mediaya, kinostudiyalara böyük məbləğdə vəsait ödəyirlər ki, müharibə təbliğatı aparsınlar”.

Onun sözlərinə görə, Amerika elitasının nümayəndələri asanlıqla sadə vətəndaşların maraqlarını tapdamağa hazırdır.


Bir çox faktlar göstərir ki, son dövrlərin münaqişələri, silahlı qarşıdurmaları ssenariləri məhz Qərbdə hazırlanıb. Bu geostrateji hədəflər olmaqla yanaşı, silah və səhiyyənin külli miqdarda vəsait əldə etməsinə də xidmət edir.

Britaniya 6 milyard funt-sterlinqi nəyə xərclədi?

Yaxın dövrdə Böyük Britaniya Müdafiə Nazirliyinin hərbçilərin on-layn rejimində səfərbər edilməsi ilə bağlı xüsusi proqramın həyata keçirilməsinə milyonlarla pul tökdüyü haqda informasiya yayıldı. Lakin bu proqram lazımınca işləmədi və nazirlik buna görə ciddi tənqidlərə məruz qaldı. Bununla yanaşı, Müdafiə Nazirliyi 6 milyard funt-sterlinq qiymətində nasaz sursat və lazımsız geyim əşyaları aldığına üçün də tənqidlərlə üzləşdi. Lakin nazirlik günahkarların cəzalandırmayacağını bəyan edib. Üstəlik bunu vəsaitə qənaət kimi qiymətləndirib.

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon isə sevinir. O, “Tayms” qəzetində dərc edilmiş məqaləsində təntənəli surətdə elan edir ki, London dərhal içində nüvə silahı olan dörd ən yeni sualtı gəmi tikmək niyyətindədir. Düzdür o, bu planların 7 mayda keçiriləcək seçkilərdə Mühafizəkar Partiyasının yenidən udacağı təqdirdə həyata keçəcəyini də qeyd edib.

Xərclər azalır, nəsə etmək lazımdır

Lakin sual yaranır: Bu, Britaniyanın nəyinə lazımdır? Təbii ki, anqlosaksonların sadə varisləri üçün bu heç nə vəd etmir və onlar haqlı olaraq, “Amerika nüvə çətirinin ölkənin üstündə açıldığı halda bahalı nüvə silahı nəyə gərəkdir?” sualını tez-tez düşünürlər. Amma Britaniya hərbçilərinin sevincini anlamaq mümkündür. Çünki son illər Böyük Britaniyada müdafiə xərcləri sürətlə azalırdı. Dərin maliyyə böhranı şəraitində bir çox britaniyalılar Amerika nüvə çətirinin olduğu halda ölkəyə bahalı nüvə silahının lazım olmadığını deyirdilər. Bu məsələni yaxın vaxtlara qədər digər avropalılar da düşünürdü.

Onlar səmimiyyətlə inanırdılar ki, ABŞ Avropanı xarici təhdidlərdən qorumaq xərclərini öz üzərinə götürəcək. NATO da məhz bunun üçün yaradılıb. Bundan başqa, real təhlükələr praktik olaraq mövcud deyildi. Buna görə də Avropa ölkələrinin müdafiə büdcələri hər il daha da azalırdı. Əgər belə davam etsəydi, onda Avropa Birliyi dövlətləri Brüsseldə təvazökar ofislə yığcam vahid mərkəzi ordu yaradıb milli müdafiə nazirliklərini bağlamalı olardı. Bu isə kütləvi şəkildə avropalı əsgərlərin işsiz qalması demək idi.

İran “qorxusu” azlıq etdi və Yaxın Şərq və Ukraynada “müharibə düyməsi” basıldı

Buna qədər İranın nüvə proqramı üzərində aparılan “xarici düşmən” təbliğatı ilə nəsə etmək mümkün idi. Bununla avropalıları mütəəssir etmək də mümkün idi. Lakin Qərb hərbiçiləri bununla qane olmur və hərbi xərclərlə razılaşmırdı. Nəsə etmək lazım idi.

Nəhayət, zaman-zaman ABŞ başda olmaqla Qərb güclərinin qarışdırdığı Yaxın Şərqə “geri dönüş” qərarı verildi və yeni “təhlükə” çıxdı. Suriya müharibə ocağına çevrildi və “Suriyanın dostları” bir neçə il yeni “layihələri” pul və silahla təchiz etdilər. Nəticədə, nəzarət altında olmayan “İslam dövləti” adlı hərbi güc ortaya çıxdı. ABŞ prezidenti isə indi İŞİD-i “mədəni dünyanın” əsas düşməni adlandırdı. Təbii ki, “mədəni dünya” müdafiə olunmaq üçün xərclərini də artırır.

Bu işə də “lazımi” qədər müdafiə xərcləri ayrılmadığı görən qərbli “patronlar” Ukrayna böhranını şiddətləndirdi.

Ron Pol bu haqda yazır: “Yeni soyuq müharibə təbliğatı, görünür, özünü doğruldur”.

Onun sözlərinə görə, Almaniya 100 “Leopard” tankı alınacağını elan etdi. Bununla onların miqdarını 45 faiz artırıb. Bu layihə demək olar ki, alman hökumətinə yarım milyard dollara başa gələcək.

Dərman “baronları” da ciblərinin ağzını açır

Belə avantüralar həmişə özünü doğruldub. Müharibələrdən qazanc əldə edənlər isə təkcə hərbiçilər, yaxud hərbi koorporasiyalar deyil. Əczaçılıq sənayesi “baronları” da öz cibələrinin ağzını açaraq külli miqdarda pulları qəbul edir.

Məsələn, ABŞ Əfqanıstanda müharibəyə trilyon dollar xərcləyib. Bundan başqa, hələ münaqişə sahəsində olan və ya evə dönən əsgərlərə tibbi xidmətlər üçün böyük məbləğdə pul xərclənir. Harvard universitetinin iqtisadçısı Linda Bilms hesab edir ki, İraq və Əfqanıstan müharibələrinin veteranları üçün tibbi xərclər 134 milyard dollar təşkil edir. Lakin bu, yekun xərc deyil. Çünki bir çox xərcləri proqnozlaşdırmaq sadəcə mümkün deyil.

Müharibələri tibb mafiyasının əməli adlandıran ekspert qrupu isə İraq, Əfqanıstan, indi də Suriya və Yəmən mühariblərindən sonra dünyada, xüsusən də Şərq ölkələrində psixi xəstəliklərdən müalicə alanların sayının dəfələrlə artdığını deyir. Beləcə müharibələr Qərbdə əczaçılıq sənayesinin və tibbin çiçəklənməsinə rəvac verir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR