YAP Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirdi
Bizi izləyin

Nida.az

YAP Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirdi

Yeni Azərbaycan Partiyası Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirib.YAP Beynəlxalq əlaqələr komissiyasının təşkilatçılığı ilə keçirilən iclasda komissiyanın sədri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, tədbirin keçirilməsində məqsəd insanlığa qarşı yönəlmiş bu soyqırımı dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycana qarşı işğalçılıq siyasətinə münasibət bildirməkdir. B.Muradova qeyd edib ki, Xocalı soyqırımı son illərdə həm dövlət qurumları, parlament, həm də QHT-lər tərəfindən müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda qaldırılır və müvafiq qərarlar qəbul olunur.

Komissiya sədri bildirib ki, Xocalı sakinləri yalnız azərbaycanlı olduqları üçün məhv ediliblər: “Ermənistan tərəfi bu günədək beynəlxalq hüquq normalarını pozmaqda davam edir. Bu gün bizi münaqişəni sülh yolu ilə, güc tətbiq etmədən həll etməyə çağıran beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmirlər”.

Tədbirdə Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, politoloq Elman Nəsirov, YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva və digər çıxış edərək Xocalı soyqırımına beynəlxalq səviyyədə qiymət verilməsinin vacibliyini vurğulayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm