Nida.az
Səfirliyimiz erməni icmasının cəhdlərinin qarşısını aldı - Argentinada
Erməni icmasının fevralın 24-də Azərbaycanın Argentinadakı Səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutundakı Azərbaycanşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə "Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasının regiondakı vəziyyətə təsiri" mövzusunda seminarın keçirilməsinə mane olmaq cəhdləri uğursuz olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətində verilən i məlumata görə, tədbirin başlanmasından öncə Argentina erməni icmasının nümayəndələri səfirliyin qarşısına toplaşaraq tədbirə gələn şəxslərin binaya girişinə mane olmağa çalışmış, tədbirin iştirakçılarının ünvanına təhqiramiz ifadələr səsləndirmiş, habelə səfirliyin əməkdaşlarına zor tətbiq etməyə cəhd göstərmişlər. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni icmasının təxribatının qarşısı alınmışdır. Tədbirə mane olmaq cəhdlərinin faydasızlığını görüncə erməni icmasının nümayəndələri 26 fevral tarixində Azərbaycan səfirliyinin qarşısında növbəti aksiyaya toplaşacaqlarını bəyan edərək səfirliyin qarşısından uzaqlaşmışlar.
Tədbirdə Argentina rəsmi qurumlarının, diplomatik korpusun,
akademik çevrələrin, müxtəlif dini və milli icma təşkilatlarının
nümayəndələri iştirak edib.Tədbirin əvvəlində Xocalıda baş verənlər
barədə məlumat verilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi
bir dəqiqəlik sükutla yad edilib.
Sonra La Plata Universitetinin Azərbaycanşünaslıq kafedrası və
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil
etdiyi "Mən Azərbaycan haqda nə bilirəm?" inşa müsabiqəsinin
qalibləri Rosario Universitetindən Alexandro Cardenas və Kordoba
Universitetindən Clara Trillini müvafiq olaraq "Dağlıq Qarabağ
məsələsi" və "Ermənistan-Azərbaycan münaqişəsi və BMT" mövzularında
hazırladıqları yazılar əsasında çıxış etmişlər. Habelə, hər iki
natiq Azərbaycana səfərlərində ölkənin dinamik inkişafının,
çoxmədəniyyətliliyinin, ölkədə təhsilə və gənclərin inkişafına
verilən dəyərin şahidi olduqlarını və Dağlıq Qarabağın erməni
icmasının bu məqamları nəzərə almalarının vacibliyini
bildirmişlər.
Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi professor Paulo
Botta Cənubi Qafqazdakı geosiyasi vəziyyət,
Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən strateji əhəmiyyətli
enerji, infrastruktur və nəqliyyat layihələri, Ermənistanın
Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bu layihələrdən
kənarda qalmasından danışmışdır. Güc tətbiq etməklə bir dövlət
tərəfindən digər dövlətin ərazilərinin işğalının yolverilməz
olduğunu vurğulayan natiq, Ermənistanın inkişafı üçün ən optimal
yolun Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına qoşulması
olduğunu, bunun üçün ilk öncə Ermənistanın öz hərbi qüvvələrini
Azərbaycan ərazilərindən çıxarmalı olduğunu deyib.
Səfir Məmməd Əhmədzadə münaqişənin kökləri, Ermənistanın
təcavüzünün nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul
edilmiş müvafiq sənədlər, münaqişənin nizamlanmasına dair
Azərbaycanın mövqeyi barədə danışmışdır. Azərbaycanın regionun
inkişafına verdiyi töhfələr və ölkəmizin təşəbbüskarı olduğu
strateji layihələr barədə məlumat verən M.Əhmədzadə habelə,
müxtəlif iqtisadi-sosial göstəricilərin qarşılıqlı müqayisəsini
verməklə qısa müddət ərzində Azərbaycanla Ermənistan arasında
Azərbaycanın xeyrinə formalaşmış böyük fərqi diqqətə çatdırmış, bu
fərqin getdikcə daha da dərinləşəcəyini bildirərək, münaqişənin
tezliklə nizamlanmasının Ermənistana və ümumilikdə regiona
gətirəcəyi faydalardan bəhs edib.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xüsusi hazırlanmış materiallar paylanıb.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"